BAKU Azərbaycan
27.49 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Doğma şəhərimiz Bakıdakı  Rus Evində qocaman bakılı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Aleksandr Kostinin “Böyüklük və biliklərimizin və qələbələrimizin sirləri” kitabının təqdimatı olub.

Təqdimat tamaşaçıları keçmiş dövrə qaytaran, onları başqa bir reallığa qərq edən köhnə radio proqramı “Mayak”ın çağırışları ilə başladı. Təqdimat “Qatarda səyahət” adlanırdı və bütün dayanacaqlar, dönmə yollar və toqquşmalarla bir insanın həyatını xatırladırdı.

Çıxış edənlər arasında tanınmış yazıçılar, şairlər, jurnalistlər də olub: Yazıçılar Birliyinin üzvü, “Sodrujestvo” Ədəbi Birliyinin rəhbəri Paşa Yusufov, Bəstəkarlar İttifaqının üzvü, “Humay” Milli Mükafatının laureatı, jurnalist, pedaqoq Raya Abbasova, Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Fikrət Kazımov və b. Onlar kitabın müəllifini təbrik edib, ona uzun yaradıcılıq ömrü arzulayıblar.

Kitabın müəllifi bütün qonaqlara təşəkkürünü bildirərək, Azərbaycana olan məhəbbətindən danışdı.

“Qatarda səyahət”I parlaq və yadda qalan edən konsert proqramının iştirakçıları Yelena Yakubovskaya-Naumenko (vokal), Emil Əhmədzadə (fortepiano), “Bakı ulduzları” xalq çalğı alətləri ansamblı (Məhəmməd Şərifzadə (qarmon), Nihad Mehdizadə (balaban), Nizami Mehdizadə (naqara), Rəvan Əhmədov (klarnet), Nihad Məmmədov (kamança), Rəsul Qayıbov (tar)) etdilər.

Ansamblın bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Xoreoqrafiya Akademiyasının dosenti Lalə Hüseynlidir. Konsertin aparıcısı Nigar Həsənzadə idi.

Sonra 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsindən, Azərbaycanın müstəqillik əldə etdikdən sonra əldə etdiyi uğurlardan və bunlarda Ümummilli Lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin rolundan danışılıb.

Təqdimatda elmi-mədəni ictimaiyyətin, yaradıcı ziyalıların, alimlərin, kitabxana ictimaiyyətinin nümayəndələri, kitabsevərlər iştirak etdilər.

Tədbirin sonunda A.Kostin təşəkkürünü bildirərək, yeni kitabını kitabxanalara və təqdimat iştirakçılarına hədiyyə etdi.

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər