BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Anamın dibinə göbək bağımı basdırdığı armud ağacına zümzümə etdiyini görmüşdüm.

Ağacı elə əzizləyirdi ki, elə bilirdin, ağacla danışır.

Kimsə ona demişdi ki, uşağın göbək bağı basdırıldığı ağacda həmin uşağın ruhundan bir parça qalır, uşaq böyüyəndən sonra hara getsə, yenə o ağacın yanına qayıdır.

Anamın ilk övladı, qardaşım dörd il gözləntidən sonra olmuşdu. Anam deyirdi ki, bu armud ağacı onunla birgə əkilən ağaclardan lap sonra bar gətirdi. Hardasa armud ağacı aşağı-yuxarı dörd il barsız qalandan sonra ilk dəfə bar vermişdi. Anam ona görə bu ağacla arasında “qədər bağı” görürdü, ona oysanırdı.

Yeddi yaşımın içindəydim. Göy Dağ deyilən yaylağa getmişdik. İndi çox az xatırlayıram, amma deyəsən, o dağ hardasa, Türkiyəyə yaxın bölgələrdə idi.

Bir gün gördük ki, atamla bir yaşlı adam gəldi bizə. Yanında da özündən daha gümrah xanımı var idi. İki gün qonaq qalıb getdilər. Həmin yaşlı adam yaddaşımda ancaq ağlayan gözləri və bol sulu göz yaşlarıyla qalmışdı. Qayanın üzərinə çıxıb uzun-uzadı dağlara tərəf boylanırdı, öz-özünə qım-qıma edirdi.

Axşamın alatoranlığında uzaqdan yanğılı səslə oxuduğu bir mahnını hələ də xatırlayıram kimi gəlir mənə.

...armud ağacına da yaslanmayasın (aman aman)

yarım var deyə də, güvənməyəsin (aman aman)

el qızı dediyin uçan bir quşdur

şirin dilinə də güvənməyəsin (aman aman)…

Anam bu adamın oxuduğu və heç vaxt eşitmədiyimiz bu mahnıdan sanki rahatsız olmuşdu. “Armud ağacına da yaslanmayasın” - sözləri elə bil anamın gözündə həmin armud ağacının kökünə axıb tökülürdü, ağacı qurudurdu. Atam demişdi ki, heç kimə deməyin, o vaxt sərhəd bağlananda bu tayda qalıb, Türkiyəyə gedə bilməyib, ona görə belə yanğıyla oxuyur.

Həmin il payıza dönəndə qapımızdakı armud ağacı qurumağa başladı. Anam göbəyimi basdırdığı ağacın qurumasının pis əlamət olduğunu düşünürdi. Deyirdi, ciyəri dağlanmış o adamın elə bil qaramatı keçdi ağaca.

İnsanın içində inandığı bir şey yox olursa, başqa bir inam yeri tapmalıdı. Həmin gün anam armud ağacının başına mənimlə birlikdə ağzı qaralı quzunu üç dəfə fırladıb, bağladı.

İki gün sonra isə Qazaxa, İncə dərəsinə, Hacı Mahmud Əfəndinin ocağına ziyarətə gedəcək avtobusda anam, mən və ağzı qaralı quzumuz da vardı.

Anam avtobusa minər-minməz dedi ki, Hacı Mahmud Əfəndi ocağında bu gün oxunan mövludlar onun balası üçün oxunsun. Töyrəni çıxanda da çöldəki tək bitmiş daş armud ağacının yanında avtobusu saxladıb, ayaqyalın ağaca tərəf getdi, bambazı köynəyimin yaxasından cırıb, ağaca üç dəfə düyün vurdu.

“Sən, ey bu çölün ortasında tək ağacı bitirən Tanrı, mənim balamı da pənahında saxla!” - dedi.

Elə beləcə də dedi.

...Həmin gecə ziyarətgahda ilan vuran yatdı, mən yatmadım. Ağzı qaralı quzumuz yeyiləndən sonra ətəyi qatqat arvadlar “Şol cənnətin irmaqları, axar Allah deyə-deyə!” – oynayıb, yorulub yatmışdılar.

Bu, həyatımda sadəcə bir dəfə olub. Anam məni daş armud ağacında Tanrıya əmanət etdiyi kimi, Allahın sonsuz cənnət bulaqları kimi mənə mərhəmətli olmağını istəyirdi. Həyatımda tək həmin gün Tanrı və Allah arasında qaldığım bir gün olub.

...hər nə olsa da,

gərək armud ağacına da yaslanmayasın (aman aman)

övlad da bir quşdur uçacaq,

göbək bağına inanmayasın (aman aman)…

 

İlqar İlkin

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər