BAKU Azərbaycan
26.64 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının, Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin, Gənc Diplomatlar Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Diplomatiya gənclərin gözü ilə” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Universitetin qonağı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov olub. Görüşdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov, Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, Siyasi və ictimai elmlər kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak edib. Universitetin rektoru Səadət Əliyeva millət vəkilini salamlayaraq, onu yenidən universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Ceyhun Məmmədovun bir müddət əvvəl ali məktəb rektoru, indi isə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü kimi Azərbaycan təhsilinə töhfələr verdiyini diqqətə çatdırıb. Səadət Əliyeva millət vəkilinin müəllifi olduğu “Gənclərə tövsiyələr” kitabını incələdiyini və onun gənclərə doğru istiqamət verəcək dərinlikli və dəyərli tövsiyələrdən ibarət olduğunu da vurğulayıb.

Prorektor Yusif Qasımov çıxışında Ceyhun Məmmədovun Milli Məclisin ən fəal millət vəkillərindən biri olduğunu qeyd edib və “Gənclərə tövsiyələr” kitabı haqqında fikirlərini bölüşüb.

Millət vəkili Ceyhun Məmmədovun çıxışı dünyada və bölgədə gedən siyasi proseslər, Azərbaycan üçün son illərin ən böyük uğuru olan ərazi bütövlüyünün və suverenliyin bərpası, Azərbaycanın postmüharibə dövründə üz-üzə qaldığı çağırış, təhdid və təhlükələr, ölkənin sosial-iqtisadi inkişafında gənclərin üzərinə düşən məsuliyyət və gözləntilər mövzusuna həsr olunub. Millət vəkili bu yolda təhsilin və milli-mənəvi dəyərlərə sadiqliyin əhəmiyyətini vurğulayıb və müəllifi olduğu kitabın ərsəyə gəlmə prosesi haqqında məlumat verib.

Qonaq həmçinin Azərbaycan Universitetinin ölkənin ali təhsil məkanında öz dəst-xətti ilə seçildiyini və fəaliyyətini yaxından izlədiyini bildirib. Universitetin son illərdə beynəlxalq reytinqlərdə yer aldığını və irəlilədiyini qeyd edən millət vəkili universitet rəhbərliyini və kollektivini təbrik edib.

Görüş tələbələrin millət vəkilinə ünvanladıqları Qarabağ zəfərindən sonra bölgədə yaranan yeni reallıq, Qarabağ zəfərinə beynəlxalq ictimaiyyətin münasibəti, Azərbaycanın xarici siyasətində prioritetlər və yeni istiqamətlər, Azərbaycanın milli təhlükəsizliyinə yönələn təhditlər, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi, dünyada gedən siyasi proseslər və bu kimi çoxsaylı sualları cavablandırıb. Millət vəkili Ceyhun Məmmədov sonda universitetin xatirə dəftərini imzalayıb və tədbir iştirakçıları ilə şəkil çəkdirib.

 

Son xəbərlər

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Bütün xəbərlər