BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

14 may 2025-ci il tarixində Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universitetində “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirildi.
 

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini nümayiş etdirmək, bu irsi daha geniş auditoriyaya tanıtmaq və gənc nəslə ötürməkdən ibarət idi. Forum Azərbaycan-Türkiyə münasibətləri kontekstində ortaq tarix yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.


 

Forum iştirakçıları öncə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Türkiyə və Azərbaycan dövlət himnləri səsləndirilib.

Kafkas Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün rəhbəri Prof. Dr. İlkin Gulusoy çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan məsələsi yalnız bir regionun deyil, bütövlükdə türk dünyasının tarixi yaddaşıdır. Bu cür tədbirlər mədəni mirasın yaşadılması baxımından son dərəcə dəyərlidir.”
 

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın mədəni irsini dünyaya tanıtmaq bizim tarixi və mənəvi borcumuzdur. Layihəmiz bu istiqamətdə mühüm addımlardan biridir.”
 

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev çıxış edərək bildirdi ki, “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu cür layihələrlə daha da möhkəmlənir. Qərbi Azərbaycan bizim milli kimliyimizin ayrılmaz hissəsidir.”
 

Əslən Qərbi Azərbaycandan olan Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Senger çıxış edərək bildirdi ki, “Bu cür tədbirlər şəhərimizin beynəlxalq mədəni platformaya çevrilməsinə də töhfə verir. Qərbi Azərbaycan məsələsinin insanlıq tarixində yeri böyükdür.”
 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan torpaqları bizim tariximizin qan yaddaşıdır. Gənc nəsil bu gerçəkləri öyrənməli və gələcəyə daşımalıdır.

”Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirdi ki, “Gənclər olaraq bu mirası yaşatmaq və dünyaya tanıtmaq bizim vəzifəmizdir. Forum bu baxımdan bizə böyük ilham verir.”
 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli çıxış edərək bildirdi ki, “Biz bu kimi layihələrlə həm milli kimliyimizi möhkəmləndirir, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini tanıdırıq. Dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər gələcəyə yönəlib.”
 

Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın kulinariya irsi də bu tarixi yaddaşın ayrılmaz hissəsidir. Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik.”
 

Rəsmi çıxışlardan sonra təşəkkür plaketləri və iştirakçı sertifikatları təqdim olundu. Forum Azərbaycan milli musiqilərindən ibarət konsert proqramı ilə davam etdi. Sonda Qərbi Azərbaycan mətbəxinin incilərindən olan İrəvan kətəsi, İrəvan şirin çörəyi, fəsəli və bir çox şirniyyatlar təqdim olundu və həmçinin İrəvan şəhərinin dağıdılmış tarixi abidələrinin fotoları sərgiləndi.

Fotolar

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər