BAKU Azərbaycan
27.13 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə" layihəsinin icrasına başlayıb. Bu haqda Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib.

O qeyd edib ki, səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji problemdir: “Səhralaşma çox çətinliklə bərpa olunan bir landşaft prosesidir. 2000-ci ildən etibarən dünyada quraqlıqların sayı əvvəlki iki onilliklə müqayisədə 29 faiz artmışdır. Torpağın münbitliyinin pozulması digər qlobal ekoloji problemlərin yaranmasına da səbəb olur. Artıq  dünyada 2,3 milyarddan çox insan su çatışmamazlığı ilə üzləşib ki, bu da böyük problemdir.  Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir. Hər il dünyada 6 milyon hektar ərazi səhraya çevrilir. Alimlərin məlumatına görə 1 sm-lik torpaq qatının bərpası üçün 200 ilə yaxın bir vaxt tələb olunur.

17 iyun “Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” kimi qeyd olunur. Bu 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən 14–15 oktyabr Parisdə qəbul edilmiş və 26 dekabr  1996-cı ilin dekabrında qüvvəyə minmişdur. 1994-cü ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir.

Quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılması məqsədi ilə 1998-ci ildə “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

Torpaqların ekstensiv istifadəsi, meşələrin qanunsuz qırılması, meşə ərazilərinin həddən artıq otarılması, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların olmaması, kimyəvi çirklənmə, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması səhralaşmaya səbəb olur.

ETSN-nin məlumatlarına görə ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalmışdır.  Təxminən 300 km² ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşmüşdür. Torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır.

Deqradasiyaya uğramış torpaqlarda meşə bərpa işlərinin aparılmasını nəzərdə tutan Bonn çağırışı na əsasən, Azərbaycan 2030-cu ilədək 270 min hektar meşə ərazisinin bərpa etməyi öhdəsinə götürüb. Respublikamızda son illər istər meşə, istərsə də qeyri-meşə fondu torpaqlarında milyonlarla ağac-kol əkilmiş, yaşıllıq sahələri artırılmışdır.

Yaşıllaşdırma siyasəti iqlim dəyişikliyi ilə mübarizədə səhralaşma probleminin qarşısının alınmasında və ətraf mühitin mühafizəsi işinin əsas tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda ətraf mühitin sağlamlaşdırılması işinə də xidmət edir.

ETSN tərəfindən arid, şoranlaşmış, bataqlaşmış, neft və tikinti tullantıları ilə çirklənmiş, istifadəsiz qalmış magistral avtomobil yollarının ətrafında illər uzunudur ki, yaşıllaşdırma və pozulmuş mövcud meşəlik ərazilərdə meşəbərpa işləri aparılır”.  

3729

Xatırladaq ki, 3 aylıq layihə çərçivəsində yuxarıda qeyd edilən ərazilərdə salınan yaşıllıqlarla bağlı monitoronqlər həyata keçiriləcək. Monitorinq fəaliyyəti zamanı Azərbaycda ETSN-nin nəzdində olan və Quraqlıq və Səhralaşmaya qarşı mübarizədə əsas üsul hesab edilən yaşıllaşdırma ilə məşğul olan iki qurumun "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 1,4,5 saylı Yaşıllaşdırma İdarələrinin  və 4 və 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərin yaşıllıqlarla və meşə mühafizəsi və bərpası  sahəsində gördükləri işlər araşdırılacaq. Bu fəaliyyətlər Hacıqabul, Salyan, Xızı, Siyəzən, Şabran və Quba şəhərlərində həyata keçiriləcək.

Son xəbərlər

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Bütün xəbərlər