BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən icra olunan “Rəqəmsal Sağlamlıq: Gələcəyə Qayğı” adlı layihənin yekun tədbiri uğurla baş tutdu.
Bağlanış mərasimində dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər, media təmsilçiləri və layihənin fəal iştirakçıları iştirak etdilər. Tədbirin məqsədi layihə çərçivəsində görülmüş işlərin təqdimatı, əldə olunmuş nəticələrin ictimaiyyətə çatdırılması və gələcəkdə bu istiqamətdə görüləcək fəaliyyətlərin müzakirəsi oldu.
İlk olaraq, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihənin ideyası, qarşıya qoyulan məqsədlər və əldə olunan nəticələr barədə danışdı. O, qeyd etdi ki, layihə gənclər arasında rəqəmsal sağlamlıq vərdişlərinin təşviqi, onların texnologiyadan düzgün və faydalı istifadəyə yönləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra birliyin sədr müavini Şahin Əliyev söz alaraq layihənin icrası zamanı gənclərin aktiv iştirakından, keçirilən təlimlər və maarifləndirici tədbirlərdən bəhs etdi. O, xüsusilə layihənin gənclərdə sağlam həyat tərzinin təşviqi və rəqəmsal asılılıqlara qarşı mübarizə baxımından müsbət təsir göstərdiyini vurğuladı.
Birliyin idarə heyətinin üzvü Mirsirac Siraclı da çıxışında layihənin sosial faydalarından danışaraq bildirdi ki, bu cür təşəbbüslər gənclərin bilik və bacarıqlarının artırılmasına, onların rəqəmsal dünyada sağlam və təhlükəsiz mövqeyə sahib olmalarına şərait yaradır.
Tədbirin davamında kompüter mühəndisi Altun Hacıməmmədov layihə çərçivəsində hazırlanmış “Healthy Life” adlı mobil tətbiqi təqdim etdi. O, tətbiqin funksionallığı, istifadəsi və gənclərin sağlam həyat tərzini izləməsi üçün təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verdi.
Sonda tədbir iştirakçıları çıxışçılara öz suallarını ünvanladılar, gənclərin rəqəmsal sağlamlığı ilə bağlı maraqlı müzakirələr aparıldı. Tədbir rəsmi hissədən sonra iştirakçıların fikir mübadiləsi və qeyri-formal ünsiyyəti ilə davam etdirildi.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər