BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində Göygöl rayonunda Dəyirmi Masa təşkil olunub.Tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub.

Bu barədə jurnalistlərə “Əlil Qadınlar Cəmiyyəti” İcimai Birliyinin sədri Məhluqə Rəhimova məlumat verib. “Göygöl Gənclər Evində keçirilən görüşdə əlilliyi olan qadın və qızların hüquqlarının müdafiəsi, onlara qarşı ictimai münasibətlər, sosial dəstək mexanizmləri və məişət zorakılığı hallarının qarşısının alınması məsələləri müzakirə olunub. Tədbirin əsas məqsədi bu kateqoriyadan olan şəxslərin cəmiyyət tərəfindən dəstəklənməsinin vacibliyini vurğulamaq və diskriminasiya hallarının aradan qaldırılması yollarını birlikdə müzakirə etmək olub”, – deyə, o, bildirib.Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, yerli bələdiyyə və dövlət qurumlarının təmsilçiləri – məşğulluq xidməti, səhiyyə və sosial xidmət orqanları, təhsil müəssisələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və icma üzvləri iştirak ediblər.“Tədbir zamanı iştirakçılar mövzu ətrafında təqdimatlarla çıxış etdi, fikir mübadiləsi apardılar. Əlilliyi olan qadınlar üçün dəstək qruplarının yaradılması, icmalararası şəbəkələşmənin gücləndirilməsi, sosial inteqrasiyanın və həmrəyliyin artırılması istiqamətində konkret təkliflər səsləndirildi” – M.Rəhimova əlavə edib. Onun sözlərinə görə, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi bu cür tədbirlərin bölgələrdə davamlı şəkildə keçirilməsinin, əlilliyi olan qadın və  qızların səsinin daha çox eşidilməsinə və hüquqlarının qorunmasına töhfə verdiyini vurğulayıb.Təşkil olunan dəyirmi masada 35 nəfər iştirak edib.

Qeyd edək ki, Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.

     The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər