BAKU Azərbaycan
26.69 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərindəki Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Musiqisi auditoriyası yaradılıb.

Açılışda çıxış edən sözügedən ali təhsil ocağının rektoru professor Eldar Şermanov təkcə Azərbaycanın deyil, bütünlükdə Şərq musiqisinin inkişafında özünəməxsus yeri olan dahi bəstəkar Ü.Hacıbəylinin yaradıcılığından söz açaraq onun özbək musiqisinin inkişafına vermiş olduğu töhfələri də qeyd edib. Azərbaycan musiqisinə Özbəkistanda böyük marağın olduğunu bildirən rektor belə bir mərkəzin məhz onun rəhbərlik etdiyi ali təhsil ocağında açılmasının özbək milli musiqisi tarixində əlamətdar bir hadisə olmasını və bununla da iki qardaş xalq arasındakı mədəni əlaqələrdə, ələlxüsus da musiqi tədrisi sahəsində yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin müşavir-elçisi Fariz Məmmədov böyük Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin yaradıcılığına Azərbaycan dövləti tərəfindən böyük diqqətin olduğunu bildirərək Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə dahi bəstəkarın anadan olmasının 140 illik yubileyinin geniş miqyasda qeyd edilməsi məqsədilə Sərəncam imzalandığını diqqətə çatdırıb.

Çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan və Şərq musiqisi üçün yeni müasir bir dövr yaratmış Ü.Hacıbəylinin yaradıcılığının sözügedən mərkəz tərəfindən hər zaman diqqətdə saxlandığını, onun yaradıcılığının Özbəkistanda geniş şəkildə qeyd edildiyini, dahi bəstəkarın anadan olduğu gündə – 18 sentyabrda hər il böyük konsertlərin keçirildiyini vurğulayıb. Sözügedən tədbirin də böyük bəstəkarın mədəni irsinin təbliği sahəsində atılmış növbəti bir addım olduğunu bildirən A.Marifli, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən cari ildə dahi bəstəkara həsr olunmuş artıq üç konsertin təşkil edildiyini və onun “Azərbaycan xalq musiqisinin əsaları” kitabının da özbək dilinə tərcümə olunaraq nəşr edildiyini bildirib.

Açılış tədbirində Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunun tələbələrinin ifasında Azərbaycan musiqiləri səsləndirilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış sözügedən auditoriyada Azərbaycanın dövlətçilik atributları, milli mədəniyyətimizi əks etdirən suvenirlər, kiçik maketlər, tikmə və toxuculuq işləri yerləşdirilib, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, “Heydər Əliyev Fondu”nun rəhbəri Mehriban xanım Əliyevanın həyatı, siyasi, sosial fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitabxana da yaradılıb.  Auditoriyada Ü.Hacıbəylinin həyatı və yaradıcılığına dair məlumat lövhəsi, əyani dərs vəsaitləri, milli musiqimizə aid not topluları, nəşrlər, incəsənət xadimlərimiz, ədəbiyyat nümayəndələrimizin fotoşəkilləri və milli musiqi alətlərimiz də yer alıb.

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər