BAKU Azərbaycan
27.77 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Azərbaycan Respublikasının xarici siyasət kursunda Avropa İttifaqı ilə əməkdaşlıq və xüsusilə İtaliya ilə strateji tərəfdaşlıq xüsusi yer tutur. İtaliya Prezidentinin 2025-ci ilin sentyabrında Azərbaycana həyata keçirdiyi rəsmi səfər və dövlət başçıları arasında keçirilmiş görüşlər iki ölkə arasında çoxşaxəli münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğulandığı kimi, Azərbaycan və İtaliya arasında əlaqələr yalnız siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda enerji təhlükəsizliyi, elm, təhsil və mədəniyyət sahələrində də uğurla inkişaf edir.

Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasından etibarən ikitərəfli əlaqələr ardıcıl olaraq genişlənmişdir. Xüsusilə 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə və 2020-ci ildə təsbit olunmuş Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında sənəd iki ölkənin münasibətlərinə yeni məzmun qazandırmışdır. Bu sənədlər yalnız siyasi iradənin ifadəsi olmaqla kifayətlənməyib, real əməkdaşlıq layihələrinin də əsasını qoymuşdur.

Son yeddi il ərzində dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşləri bu münasibətlərin davamlılığını təmin etmişdir. Prezident cənab İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri, eləcə də İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ikinci dəfə rəsmi səfəri strateji tərəfdaşlığın güclü siyasi bazasının olduğunu sübut edir.

Azərbaycan–İtaliya əlaqələrinin əsas dayaqlarından biri enerji sektorudur. İtaliya Azərbaycanın neft və qazının əsas alıcısı kimi çıxış edir. Hazırda Azərbaycan nefti İtaliyanın neft balansında birinci, Azərbaycan qazı isə ikinci yeri tutur.

TAP (Trans-Adriatik Qaz Kəməri) layihəsi bu əməkdaşlığın bariz nümunəsidir. 2020-ci ildən etibarən TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya və Avropanın digər ölkələrinə ixrac olunmaqdadır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu layihənin icrası zamanı İtaliya Prezidenti şəxsən təşəbbüslə çıxış etmiş, mövcud çətinliklərin aradan qaldırılmasına mühüm töhfə vermişdir. Nəticədə, Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır və boru kəmərlərinin coğrafi əhatəsinə görə dünyada birinci yerdədir.

Enerji əməkdaşlığı təkcə qaz və neftlə məhdudlaşmır. Hazırda Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı istiqamətində də mühüm təşəbbüslər həyata keçirir. Xəzər dibi ilə çəkiləcək kabel layihəsi gələcəkdə Orta Asiyadan Avropaya enerji transferini təmin edəcək. Bu isə Azərbaycan–İtaliya əməkdaşlığının yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

İki ölkə arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biri də humanitar sferadır. Prezident Mattarellanın cari səfəri çərçivəsində İtaliya–Azərbaycan Universitetinin açılışı bu əməkdaşlığın ən mühüm nailiyyətlərindən biri oldu.

2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan bu layihə 2022-ci ildə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq sazişləri əsasında gerçəkləşmişdir. Hazırda universitetdə 8 bakalavr və 2 magistr proqramı üzrə 640-dan çox tələbə təhsil alır. Tədris sahələri mühəndislik, memarlıq, kənd təsərrüfatı texnologiyaları, menecment və dizayn ixtisaslarını əhatə edir.

Universitetin müasir laboratoriyaları, ikili diplom proqramları və beynəlxalq akademik mühit iki ölkənin elmi və mədəni inteqrasiyasına xidmət edir. Burada yetişən tələbələr yalnız peşəkar biliklərə deyil, həm də Azərbaycan–İtaliya dostluğunun daşıyıcılarına çevrilirlər.

Azərbaycan–Avropa İttifaqı münasibətlərində İtaliya hər zaman körpü rolunu oynayıb. İtaliya Azərbaycanın enerji layihələrinin reallaşmasında dəstək göstərməklə yanaşı, Bakı ilə Brüssel arasında dialoqun inkişafında da mühüm vasitəçi kimi çıxış edir. Son illərdə Aİ–Azərbaycan əlaqələrində müşahidə olunan müsbət dinamika məhz İtaliyanın dost mövqeyi və səmərəli təşəbbüsləri ilə də bağlıdır.

Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq münasibətləri bu gün artıq sadəcə diplomatik və iqtisadi müstəvidə deyil, həm də genişmiqyaslı humanitar və elmi layihələrlə özünü göstərir. Enerji təhlükəsizliyi, yeni nəsil təhsil layihələri və Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətlərində əldə olunmuş nailiyyətlər bu münasibətlərin davamlı inkişafını təmin edir.

Prezident cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan–İtaliya tərəfdaşlığı rəsmi sənədlərdə deyil, real həyatda və konkret layihələrdə öz əksini tapır. Bu münasibətlər bir-birindən uzaqda yerləşən ölkələrin necə səmərəli əməkdaşlıq qura biləcəyinin nümunəsi olaraq beynəlxalq münasibətlər sisteminə töhfə verir.

Şəfa Qurbanova, Ə. Şıxlinski adına 135 saylı tam orta məktəbin direktoru

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər