BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

    Məlum olduğu kimi, oktyabrın 20-si Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Əlbəttə ki, bu möhtəşəm tədbir barədə bir neçə gündür ki, məlumatlar, münasibətlər, xüsusilə iştirakçı QHT-lərin təssüratları mətbu orqanlarda, saytlarada yayımlanır. Əvvəla onu deyim ki, deyilənlərin, bütün müsbət fikirlərin əksəriyyəti ilə razıyam. Eyni zamanda istərdim ki, münasibətlərimiz, fikirlərimiz  bu tədbiri yalnız yaranmış olan zahiri təəssüratlarımızla bağlı olmasın, həm də mahiyyət və məzmunu ilə də bağlı olsun. Yəni bu Forumun gələcəkdə dövlətimizin bu və digər istiqamətlər üzrə inkişafına, bu prosesdə QHT-lərinin roluna, o cümlədən də vətəndaş cəmiyyətinin özünün inkişafına nə kimi təsiri olacağı barədə münasibət bildirilsin, lazım gələrsə müzakirələr aparılsın.

    Əvvəla onu deyim ki, bu Forum əvvəlkilərdən həm təşkilatçılıq, həm əhəmiyyət, tərkib baxımından kifayət qədər fərqlənirdi. Məlum olduğu Foruma həm də, həmin vaxt, yəni 18-19 oktyabr tarixlərində Şuşa şəhərində keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramının” iştirakçılarının qoşulması, onu həm iştirakçı sayının artımı, tərkibin fərqliliyi və s. baxımından  əlavə rəng qatdı.  Xüsusi qeyd etmək lazımdır ki, çox yüksək səviyyədə təşkil olunmuş Forumun “Konstitusiya və Suverenlik ilinə” həsr olunması və məhz əsarətdən azad edilmiş ölkəmizin əsrarəngiz bir şəhərində- Xankəndidə keçirilməsi böyük bir mənəvi məna daşıyırdı. Bu hadisə QHT-lərdə  unudulmaz qürur və fəxarət hissi ilə yaratmaqla yanaşı, həm ölkə ictimaiyyətinə, həm də beynəlxaql ictimaiyyətə yönəlik bir mesaj idi. Artıq Xankəndi Azərbaycanın ictimai-siyasi həyatında yeni mahiyyət daşımağa başladı, bu gözəl şəhərimiz yalnız hərbi, siyasi, iqtisadi və s. baxımdan diqqət mərkəzində deyil, həm də ictimai düşüncə, fikir və ideyaların müzakirə arenasına çevrilir. Xankəndidə möhtəşəm dünya əhəmiyyətli ali siyasi tədbirlərin keçirildiyi,  böyük quruculuq, tikinti-bərpa işlərinin aparıldğı bir şəhər olmaqla yanaşı, həm də vətəndaş cəmiyyəti institutlarının müxtəlif mövzuları müzakirə etdiyi, bu proseslərdə dövlətimizə, siyasi rəhbərliyə öz dəstəyinə bəyan etdiyi  bir məkan oldu.  

     Əlbəttə ki, bu Forum ilk növbədə vətəndaş cəmiyyəti institutlarının ölkə və beynəlxalq ictimaiyyət qarşısında hesabatı idi. Hesabatda QHT sektorunun bu günkü vəziyyəti, baş verən dəyişiklər, son illər həyata keçirilən layihələr, bu layihələrin dövlətimiz, cəmiyyətimiz üçün faydaları barədə ətraflı məlumat verildi. Vətəndaş cəmiyyətində baş verən müsbət keyfiyyət dəyişikliklər  həm iştirakçı tərkibindən, həm məruzə və çıxışların, müzakirələrin səviyyəsindən, təqdimatlardan, uğurli layihə təcrübələrindən də açıq-aşkar görünürdü.  Forum Azərbaycan QHT-lərinin beynəlxalq əlaqələrinin inkişafı, yeni əməkdaşlıqların, beynəlxalq şəbəkələrin yaradılmasındakı müstəsna rolunu, QHT sektorunda canlanmanın, işgüzarlıq mühiti olduğunu, dövlət-QHT münasibətlərinin “qarşılıqlı məsuliyyət, etimad şəffaflıq modeli üzərində qurularaq yeni bir mərhələyə yüksəldiyini” və s. müsbət dəyişikləri  ictimaiyyətin diqqətinə təqdim etdi.  

      Forumda müxtəlif strukturların, o cümlədən dövlət rəsmilərinin iştirakı isə dövləimizin  həm Foruma, həm də ümumilikdə vətəndaş cəmiyyətinə olan diqqətindən xəbər verir. Forumda vətəndaş cəmiyyətinin  hədəfləri, nailiyyətləri və çatışmazlıqları üzrə geniş müzakirələr aparılıb. Təqdim olunan və müzakirəyə çıxarılan mövzuları gələcəkdə QHT-lərin dövlətimiz üçün aktual və prioritet olan sahələrdə, bir sıra istiqamətlərdə vətəndaş cəmiyyətinin iştirak perspektivləri baxımından yol xəritəsi hesab etmək olar. Hər bir mövzunu şərh etmədən sadəcə diqqətə çatdıqmaq kifayət edir ki, Forumun fikir və ideya yükü barədə təsəvvür yaransın:. 1. “Turkman irsi: tarixi köklərə sədaqət” 2. “WU13:QHT-lər üçün yeni imkanlar ”, 3. “Dünyaya açılçış Azərbaycan QHT-ləri:təklənməyə qarşı birləşmə texnikası” , 4. “Rəqəmsal QHT konsepsiyası: süni intellekt və rəqəmsal həllər” . Göründüyü kimi, mövzuların fəqrliliyi, əhatəliliyi və çoxşaxəlıliyi məhz bu gün dövlətimiz üçün vacib olan istiqamətlər - rəqəmsal transformasiya, milli kimliyimiz, adət-ənələlərə bağlığımız, türk xalqları arasında əlaqələr və digər yeni idealar, təkliflər, məsələlər üzrə vətəndaş cəmiyyətiinin qarşısında duran vəzifələri, bu istiqamətlər üzrə QHT-lərin iştirak imkanları barədə kifayət qədər aydın mənzərə yaradır. İnanıram ki, Forum həmçinin dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da dərinləşməsinə, QHT- dövlət orqanları əməkdaşlığının  yeni müstəviyə keçməsinə və bir sıra sosial, ictimai problemlərin həllinə töhfə verəcək.

   Nəhayət, şübhəsiz ki, Forum vətəndaş cəmiyyətinin, QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı, bu sahədə olan mümkün qüsurların aradan qaldırılması, QHT-lərin fəaliyyətinin keyfiyyətcə daha da yüksəlməsi, məsuliyyətin artırılması, həyata keçirilən layihələrin dövlətimizə, onun həyata keçiridyiy həm xarici, həm də daxili siyasətə dəstək, iqtisadi, ekoloji, sosial və s. problemlərin həllinə kömək baxımından daha səmərəli olması üçün növbəti əhəmiyyətli bir addım olacaq.

 

“Cəmiyyətin İnkişafı Məkəzi” İB-nin sədri

Əhməd N. Abbasbəyli

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər