BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında il ərzində yeddi videoçarxdan ibarət silsilə material hazırlandı.
Videoçarxlarda 2025-ci ildə yubileyi olan 52 Milli Qəhrəmanın gənclərə örnək şərəfli ömür yolu, göstərdikləri qəhrəmanlıqlar, təltifləri və xatirələri haqqında məlumatlar verilmişdir. 
Videoçarxlarda haqqında məlumat verilən 33 Milli Qəhrəman Qarabağ müharibələrində, 13 Milli Qəhrəman 1995-ci ildə 13-17 mart  tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı, 1 Milli Qəhrəman 1991-ci il noyabrın 20-də Qarakənd faciəsində, 2 Milli Qəhrəman 1994-cü il Gəncə şəhərindəki qiyamı yatıran zaman, 1 Milli Qəhrəman 1999-cu ildə Qobustan həbsxanasında baş verən hadisə zamanı, 1 Milli Qəhrəman 1993-cü il “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə çıxışın dəf edilməsi zamanı, 1 Milli Qəhrəman 2009-cu ildə sərhəd pozucuları ilə döyüş zamanı qəhrəmanlıq göstərmişdilər.   
Adları çəkilən Milli Qəhrəmanlar Vətənimizin işğal olunmuş torpaqlarında düşmənlə vuruşaraq igidlik və misilsiz şücaət göstərmişdilər. Dörd Milli Qəhrəman Füzuli, iki Milli Qəhrəman Xocavənd,  iki Milli Qəhrəman Ağdərə, iki Milli Qəhrəman Laçın, üç Milli Qəhrəman Ağdam, bir Milli Qəhrəman Qubadlı, dörd Milli Qəhrəman Xocalı, bir Milli Qəhrəman Xankəndi, bir Milli Qəhrəman Hadrut (h/hazırda Xocavənd rayonu), bir Milli Qəhrəman Şuşa, bir Milli Qəhrəman Füzuli, Ağdam, Tərtər və Ağdərə, bir Milli Qəhrəman Ağdam və Qubadlı uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdilər, bir Milli Qəhrəman Qazax rayonunun Yuxarı Əskipara kəndində ermənilərin avtobusa hücumu nəticəsində, iki Milli Qəhrəman Tovuz rayonunun sərhədyanı bölgələrinə ermənilərin hücumu zamanı, bir Milli Qəhrəman Naxçıvan MR-nın Babək rayonu yaxınlığında dostlarını mühasirədən çıxaran zaman, bir Milli Qəhrəman Gədəbəy rayonunun Mutudərə kəndində mühasirəyə düşən zaman, bir Milli Qəhrəman Goranboy rayonunun kəndlərinin ermənilərdən müdafiə edərək, igidlik göstərmiş və qəhrəmancasına həlak olmuşdular. Bir Milli Qəhrəman Tərtər və Goranboy rayon, Yevlax şəhər ərazilərinə nəzarət etmiş və əhalini müdafiəyə hazırlamışdır. Bir Milli Qəhrəman Füzuli, bir Milli Qəhrəman Xocavənd və bir Milli Qəhrəman Ağdam rayonları uğrunda gedən döyüşlərdə cəsarətlə iştirak etmiş, igidliklər göstərmiş və hal-hazırda da Vətənə xidmət edirlər.
Sözügedən Milli Qəhrəmanlar haqqında materiallar kitabxana tərəfindən onların anadan olduğu və həlak olduğu ərazilərin şəhər, rayon İcra Hakimiyyətlərinə və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təqdim edilmişdir.
Videoçarxları kitabxananın YouTube kanalında izləmək olar: 
//www.youtube.com/watch?v=Tthn8NJ2NLM
//www.youtube.com/watch?v=ZbJy5Or5TLM&t=44s
//www.youtube.com/watch?v=J_okM2Coc2Y&t=131s
//www.youtube.com/watch?v=om0O_8rQeRM&t=52s
//www.youtube.com/watch?v=NxynbTzhF4c
//www.youtube.com/watch?v=GEUx933behE&t=2s
//www.youtube.com/watch?v=onJBwzqed2M&t=13s

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər