BAKU Azərbaycan
27.77 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə dəstək təşkilatı 70 yaxın vətən müharibəsi əlili və müharibə veteranları iştirak ilə
“8 noyabr Zəfər Bayramı” ilə əlaqədar ziyafət verildi.
Tədbirdən öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri Dayaq təşkilatının sədr müavini Məcid Məmmədov açaraq qeyd etmişdir ki, bu gün biz müstəqil Azərbaycanın ən şanlı, ən qürurlu səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü böyük fəxarət və iftixarla qeyd edirik! Bu gün tariximizin qızıl hərflərlə yazıldığı gündür. Bu gün — xalqımızın 30 illik nisgilinə, işğal acısına son qoyulduğu, torpaqlarımızın azad edildiyi, ədalətin bərpa olunduğu gündür! Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın birliyi, igid oğullarımızın qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandıq. Şuşanın azad olunması ilə bu qələbə zirvəyə çatdı, düşmən ordusu darmadağın edildi, üçrəngli bayrağımız yenidən Qarabağ səmasında ucaldı. Bu zəfər təkcə bir hərbi qələbə deyil. Bu zəfər xalqın birliyinin, dövlətin gücünün, vətən sevgisinin təntənəsidir.
Biz bu qələbəni qanı, canı, namusu ilə qoruyan şəhidlərimizin, igid qazilərimizin hesabına qazandıq. Onların hər biri bizim fəxrimiz, qürurumuzdur!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin!
Bu gün artıq Qarabağda həyat yenidən qaynayır. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında yenidən tikinti, quruculuq işləri aparılır. Doğma yurda qayıdan hər bir vətəndaşımızla birlikdə torpaqlarımız yenidən dirçəlir, “Qarabağ Azərbaycandır!” şüarı artıq bütün dünyada gerçəkliyə çevrilib. Bu qələbə bizə həm də böyük məsuliyyət verir. Çünki bu zəfəri qorumaq, onu əbədiləşdirmək hər birimizin borcudur. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməli, azad Qarabağın sabahını qurmaq üçün çalışmalıyıq. Çünki Zəfər yolu heç vaxt bitmir — o, əbədi inkişaf, güc və birlik yoludur!
Zəfər Gününüz mübarək! Qarabağ Azərbaycandır!
Tədbirdə çıxış edən Dayaq təşkilatının sədri Qalib Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edərək qeyd etdi ki, bu möhtəşəm gün Azərbaycan xalqının şərəf və qürur tarixində ən parlaq səhifələrdən biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və sarsılmaz iradəsi nəticəsində 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız azad edildi.
Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli birliyin, vətənpərvərliyin, milli ruhun təntənəsidir. Bu qələbə hər bir azərbaycanlının ürəyində fəxarət, qürur və sonsuz minnətdarlıq hissi oyadır.
Biz bu gün Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik, eyni zamanda şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların qanı, igidliyi və fədakarlığı sayəsində bu torpaqlarda sülh, azadlıq və sabitlik bərqərar olub. Qazilərimizə isə minnətdarlığımız sonsuzdur onların hər biri qəhrəmanlıq salnaməmizin canlı nümunəsidir. Bu qürur dolu gün bizə bir daha xatırladır ki, Azərbaycan xalqı bir olduğu müddətcə qarşısında heç bir qüvvə dura bilməz.
Qoy üçrəngli bayrağımız daim Qarabağ səmasında dalğalansın, Vətənimiz əbədi azad, xalqımız xoşbəxt olsun!
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki,  Bu gün biz Azərbaycanın ən şanlı, ən qürurlu günlərindən biri – 8 Noyabr Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik!
Bu möhtəşəm tarix Azərbaycan xalqının birliyinin, ordumuzun igidliyinin və Ali Baş Komandanımızın müdrik rəhbərliyinin parlaq təntənəsidir. Bu qələbə asan başa gəlməyib. On illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəman oğul və qızımız canından keçdi. Onların hər biri bu gün azad və müstəqil Azərbaycanın əbədi qəhrəmanlarıdır. Biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi, öz tarixi ədalətini bərpa etdiyi dövrdür.
Həmin günlərdə xalqımız ordusuna dayaq oldu, əsgərimiz Vətən naminə canını fəda etdi və nəticədə düşmən üzərində möhtəşəm Zəfər qazandıq. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, bu xalqın iradəsi sarsılmaz, ordusu məğlubedilməz, torpaqları isə bölünməzdir! Bu ruhu qorumaq, onu gənclərə ötürmək bizim borcumuzdur.
Vətən Müharibəsi qazisi Polkovni-leytenant Anar Həsənov və digər qazilərimiz çıxış edərək 44 günlük vətən müharibəsindən danışaraq  8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi ürəkdən təbrik edərək bu qələbə xalqımızın birliyi, ordumuzun rəşadəti və şəhidlərimizin müqəddəs qanı bahasına qazanıldığını bildirdilər.
Biz qazilər olaraq fəxr edirik ki, bu şanlı tarixdə payımız var və Vətən uğrunda mübarizə aparmaq bizə nəsib olub. Qoy bayrağımız daim azad Qarabağ səmasında dalğalansın! Zəfər Günümüz mübarək olsun!
Qarabağ Azərbaycandır!
Tədbirin sonunda Vətən Müharibəsi Əlilərinə Dayaq təşkilatının hədiyyələri təqdim olundu.
 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər