BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilmiş təntənəli mərasimdə Prezident cənab İlham Əliyevin çıxışı ölkəmizin elmi inkişaf strategiyasına yeni istiqamətlər verən proqram xarakterli sənəd kimi dəyərləndirilə bilər. Dövlət başçısının bu nitqi təkcə elm adamlarına deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış çağırış idi — “elmin müasir dövlətçilik quruculuğunda aparıcı rolu” prinsipini bir daha təsdiqləyən konseptual baxışların ifadəsi kimi.

Azərbaycan elminin keçdiyi 80 illik yolun elmi, institusional və ideoloji təhlili, eləcə də gələcək üçün müəyyən edilən hədəflər bu çıxışda ardıcıl şəkildə əksini tapmışdır. Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, AMEA-nın yaranması Azərbaycanın intellektual tarixində dönüş nöqtəsi olmuş, ölkənin elmi potensialının formalaşmasında həlledici rol oynamışdır. Prezident cənab İlham Əliyev öz çıxışında AMEA-nın 80 illik fəaliyyətinə yüksək dəyərlə yanaşaraq bildirmişdir ki, Akademiya həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın elmi-intellektual inkişafında mühüm missiya yerinə yetirmişdir. O vurğulamışdır ki, “Azərbaycan elminin baniləri milli özünüdərk, tarixə bağlılıq və milli kimlik ideyalarının elmi əsaslarını formalaşdırmışlar.”

Azərbaycanın dilinin, tarixinin və mədəniyyətinin tədqiqi məsələsinə toxunan dövlət başçısı qeyd etmişdir ki, 1970-ci illərdən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dili və tarixi dövlət səviyyəsində qorunmuş, elmi tədqiqatların mərkəzinə çevrilmişdir. Prezident cənab İlham Əliyev bu kontekstdə qeyd etmişdir ki, “Azərbaycan dili dövlətimizin sütunudur və bu sütunun elmi əsaslarla möhkəmləndirilməsi hər bir azərbaycanlı alimin borcudur.”

Beləliklə, AMEA təkcə elmi mərkəz deyil, milli kimliyin qorunması və intellektual müstəqilliyin təminatçısı kimi qiymətləndirilmişdir. Bu yanaşma Azərbaycanın elmi-humanitar sahəsində milli ruhun daimi yaşadılmasına xidmət edir. Prezident cənab İlham Əliyev çıxışında vurğulamışdır ki, elm idarəetməsində yeni mərhələ başlayıb. Dövlət başçısının sözlərinə görə, “Azərbaycan elmi 21-ci əsrin tələblərinə cavab verən şəkildə yenidən təşkil olunmalıdır.” Son illərdə qəbul edilən qərarlar — Elm və Ali Təhsil Nazirliyinin yaradılması, elmi-tədqiqat institutlarının struktur islahatları və maliyyə mexanizmlərinin şəffaflaşdırılması — elmi idarəçiliyin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. Prezident bu kontekstdə elmi tədqiqatların iqtisadi və texnoloji inkişafla birbaşa inteqrasiyasını zəruri saymış, innovasiya yönümlü tədqiqatların təşviqini əsas prioritet kimi müəyyən etmişdir.

Ənənəvi elmi strukturların çevik, tətbiqi yönümlü modellərlə əvəzlənməsi zərurəti dövlət başçısının nitqində əsas tezislərdən biri kimi səsləndi. “Elm təkcə nəzəri düşüncə sahəsi deyil, həm də ölkənin iqtisadi potensialını artıran mühüm mühüm amildir” — deyə ölkə başçısı qeyd etmişdir.

Prezident cənab İlham Əliyev AMEA-nın qarşısında duran ən mühüm vəzifələrdən birini texnoloji innovasiyaların genişləndirilməsində görür. Onun fikrincə, Azərbaycan elmi “rəqəmsal iqtisadiyyatın və süni intellekt texnologiyalarının inkişafında aparıcı mövqeyə çıxmalıdır.”

Bu baxış, əslində, dövlətin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə birbaşa uyğunluq təşkil edir. Elm və texnologiyanın vəhdəti, iqtisadiyyatın elmtutumlu sahələrə əsaslanması ölkənin gələcək inkişaf modelinin təməl prinsipidir. Cənab prezident çıxışında bildirmişdir ki, “Azərbaycan alimləri ölkənin intellektual kapitalının formalaşmasında aparıcı rol oynamalı, texnoloji müstəqilliyin təmininə öz töhfəsini verməlidir.” Bu baxımdan, elmi potensialın iqtisadi inkişafa yönəldilməsi, startap və innovasiya ekosistemlərinin dəstəklənməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.

Prezident İlham Əliyev nitqində elmin dövlət idarəçiliyi ilə qarşılıqlı təsirinə də xüsusi diqqət ayırmışdır. Dövlət başçısının fikrincə, “Azərbaycanın gələcəyi elmi əsaslara söykənən qərarların qəbulundan asılıdır.” Bu yanaşma göstərir ki, ölkə rəhbərliyi elmi yalnız akademik fəaliyyət kimi deyil, strateji planlaşdırma və idarəetmə mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir. Müasir dövlət quruculuğunda sübut əsaslı qərarvermə, elmi təhlil və məlumat əsaslı siyasət (data-driven policy) yanaşması artıq prioritetə çevrilmişdir. Bununla yanaşı, Prezident qeyd etmişdir ki, elm dövlətin ideoloji dayaqlarından biridir. Azərbaycanın azad, suveren və müasir dövlət kimi mövcudluğu, həmçinin Zəngəzur və Qarabağ reallıqlarının dünyaya elmi əsaslarla çatdırılması elmin üzərinə düşən milli vəzifələrdəndir. Prezident cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı Azərbaycan elminin inkişaf strategiyasına yön verən konseptual sənəd kimi qiymətləndirilməlidir. Bu çıxışda həm tarixi qiymət, həm də gələcəyə ünvanlanmış strateji baxışlar və milli ideya xətti sintez olunmuşdur.

Bu baxımdan, dövlət başçısının elmi ictimaiyyətə çağırışı aydın və konkret idi: “Elm Azərbaycanın inkişafının təməl dayağıdır.” Bu prinsip XXI əsrin qlobal çağırışları fonunda Azərbaycanın intellektual və texnoloji yüksəlişinin əsas ideoloji istiqamətini müəyyən edir.

AMEA-nın 80 illik yubileyi təkcə bir institutun tarixi deyil, həm də Azərbaycan elminin dövlətçiliklə qovuşmuş möhtəşəm yolunun simvoludur. Prezident cənab İlham Əliyevin bu çıxışı isə həmin yolun gələcək mərhələsini – bilik iqtisadiyyatına, rəqəmsal transformasiyaya və milli elmi suverenliyə doğru istiqaməti müəyyən etmişdir.

 

NATƏVAN ƏSƏDOVA, Riyaziyyat üzrə fəlsəfə doktoru

 

Son xəbərlər

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Bütün xəbərlər