BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sosial Tədqiqatlar Mərkəzində, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanan “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi çərçivəsində videoçarxın nümayişi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı (Rəhimova) çıxış edərək layihənin məqsədləri, sosial və humanitar əhəmiyyəti barədə məlumat verib. Layihənin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov layihənin ideya istiqamətləri və hazırlanma prosesi barədə təqdimatla çıxış edib.

Tədbir zamanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanan, rejissor və operator Rahim Sadıqbəyli tərəfindən çəkilən videoçarx nümayiş etdirilib. Videoçarxda fiziki məhdudiyyətləri olan qaçqın qadınların həyat hekayələri, onların üzləşdiyi çətinliklər, həyat mübarizəsi və cəmiyyətə inteqrasiya səyləri əks olunub.

Videoçarxın nümayişindən sonra keçirilən müzakirələrdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov, DOST Agentliyinin nümayəndəsi Şahin Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüləri Nurəddin Mehdiyev, Zaur İbrahimli, “Dədə Ələsgər Ocağı” QHT-nin sədri Xətai Ələsgərli, hüquqşünas Əliməmməd Nuriyev, eləcə də əsli Qərbi Azərbaycanın Zəngibasar mahalından olub hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan Heyran Abbasova, Finlandiyada yaşayan diaspor fəalları və digər natiqlər çıxış ediblər. Onlar layihənin ictimai, mənəvi və elmi əhəmiyyətini vurğulayaraq, bu kimi təşəbbüslərin Qərbi Azərbaycan həqiqətlərinin və əlilliyi olan qadınların səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin sonunda layihənin eksperti Səidə Qurbanova tərəfindən beynəlxalq təşkilatlara və diplomatik korpus nümayəndələrinə müraciətlə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Bəyanatı səsləndirilib. Bəyanatda layihənin məqsədləri, qadınların hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və Qərbi Azərbaycan qaçqınlarının tarixi həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda iştirakçılara təşəkkür bildirilməsi və xatirə fotosessiyası ilə yekunlaşıb.

Qeyd: Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il Böyük Qrant Müsabiqəsinin qalibi olan “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə, 1948-1953 və 1988-ci illərdə etnik və siyasi səbəblərlə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya olunmuş, fiziki məhdudiyyətlərlə yaşayan qadınların dramatik həyat hekayələrini sənədləşdirmək və ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

Layihə aşağıdakı beynəlxalq hüquqi sənədlərə əsaslanır.

  • BMT Nizamnaməsi İnsan Hüquqları Ümumi Bəyannaməsi (1948)
  • Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu
  • Əlilliyi olan saxslarin hüquqları haqqında Konvensiva (CRPD)
  • Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu
  • Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (CRPD)
  • Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya (CEDAW)
  • UNHCR-in Könüllü, Təhlükəsiz və Ləyaqətli Qayıdış prinsipləri

Tədbir həm akademik müzakirə, həm də ictimai maarifləndirmə baxımından əhəmiyyətli bir platforma rolunu oynayıb. Layihə beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə əsaslanaraq, əlilliyi olan qaçqın qadınların səsini, mübarizəsini və həyat təcrübələrini ictimai diqqət mərkəzinə gətirir. Bu təşəbbüs, həm də Azərbaycan cəmiyyətində inklüzivlik, sosial ədalət və gender bərabərliyinin təşviqi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər