BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq”

 Ötən ilin avqustunda Vaşinqtonda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında tarixi görüş keçirildi və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün işçi qrupunun yaradılması haqqında sənəd imzalandı. Bu təşəbbüs ikitərəfli əməkdaşlığa yeni imkanlar açdı və əməkdaşlığın strukturlaşdırılması yolunda əsas rol oynadı. 2026-cı ilin fevralında ABŞ Vitse-prezidenti Cey D. Vens rəsmi səfər çərçivəsində Azərbaycana səfəri Tramp-Vens administrasiyası dövründə Azərbaycan–ABŞ münasibətlərinin dərinləşdirilməsi üçün atılan strateji addımların davamıdır.

ABŞ Vitse-prezidenti Cey D. Vens Azərbaycana rəsmi səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşdü. Prezident İlham Əliyev Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında bir neçə əhəmiyyətli məqamı vurğuladı: “Cənab Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. Bu gün bizim ikitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır”. Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan və ABŞ arasındakı münasibətlərin formal əsasda dərinləşdirilməsi məqsədi daşıyır. Bu sənəd təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək, enerji təhlükəsizliyi və texnologiyalar sahəsində yeni layihələri təşviq edəcək, ticarət və investisiya qoyuluşunu artıracaq. Həmçinin regional sabitliyə töhfə verəcək, yüngülətraflı təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün bazaları möhkəmləndirəcək. Xartiyanın imzalanması, iki ölkə arasında nüvə enerjisi, müdafiə texnologiyaları və enerji təhlükəsizliyi kimi strateji sahələrdə əməkdaşlığa geniş meydan açır. ABŞ də daxil olmaqla bir çox ölkələrin enerji bazarlarına Azərbaycanın təbii qaz və digər enerji resurslarının təmin edilməsi son dərəcə vacibdir.

Cey D. Vensin səfəri yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır, həm də region üçün böyük önəm kəsb edir. Bu səfər Cənubi Qafqazda ABŞ-ın rolunu gücləndirmək məqsədilə aparılan diplomatik səylərin bir hissəsidir. Vens həmçinin Ermənistana da səfər edərək orada və oradan gələn regional layihələrdə iştirak edib. Bu səfər ABŞ-ın Cənubi Qafqaza diplomatik və iqtisadi səylərini artırmaq, həmçinin bölgədə sabitlik və inkişaf üçün potensial imkanlar yaratmaq niyyətini əks etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Tramp-Vens administrasiyasının regiondakı təşəbbüsləri, xüsusilə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi mərhələnin başlandığını göstərir. Bu bəyanat təkcə iki ölkə arasında münasibətlərin inkişafını deyil, həm də regionun gələcək təhlükəsizlik və iqtisadi arxitekturasının formalaşmasını əks etdirir. Prezident İlham Əliyev ikitərəfli gündəlikdə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə çoxsaylı məsələlərin müzakirə olunduğunu qeyd etdi. Bu, əlaqələrin yalnız diplomatik söhbətlərdən ibarət olmadığını, konkret əməkdaşlıq layihələrinin müzakirə edildiyini göstərir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Tramp-Vens administrasiyasının regiona artan diqqəti və konkret təşəbbüslərlə çıxış etməsi ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini göstərir. Strateji Tərəfdaşlıq çərçivəsində siyasi dialoq intensivləşir, iqtisadi əməkdaşlıq genişlənir, təhlükəsizlik sahəsində koordinasiya güclənir, regional layihələrdə ABŞ-ın iştirakı artır. Bu proseslər Azərbaycanı regionda əsas tərəfdaş və etibarlı aktor kimi daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsü regionun gələcəyi baxımından strateji əhəmiyyət daşıyır. TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında etibarlı və təhlükəsiz nəqliyyat bağlantısı yaradılmasını nəzərdə tutur. Bu, ölkənin iqtisadi inteqrasiyasını gücləndirir və daxili logistikanı optimallaşdırır.Prezidentin bəyan etdiyi kimi, Azərbaycan Ermənistana gedən yüklərin tranzitinə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırıb, özü Ermənistanı neft məhsulları ilə təchiz etməyə başlayıb. Bu addım təkcə iqtisadi deyil, həm də siyasi mesajdır: rəqabət və qarşıdurma mərhələsindən əməkdaşlıq və qarşılıqlı asılılıq mərhələsinə keçid. TRIPP layihəsi Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisindən keçməklə Asiya ilə Avropa arasında yeni, alternativ və təhlükəsiz marşrut yaradır. Orta Dəhliz konsepsiyasını gücləndirir. Qlobal təchizat zəncirlərinin diversifikasiyasına töhfə verir. Bu marşrut xüsusilə geosiyasi risklərin artdığı bir dövrdə sabit və etibarlı tranzit xətti kimi önə çıxır.

Tramp-Vens administrasiyasının regiondakı səyləri, xüsusilə TRIPP layihəsi, Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə daşımaqla yanaşı, Cənubi Qafqazın gələcək inkişaf modelini də müəyyənləşdirir. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması və Ermənistanla iqtisadi əməkdaşlığa başlaması regionda real dəyişikliklərin baş verdiyini göstərir. TRIPP layihəsi isə bu dəyişiklikləri institusional və beynəlxalq çərçivəyə salaraq Asiya ilə Avropanı birləşdirən təhlükəsiz, etibarlı və böyükmiqyaslı nəqliyyat dəhlizinə çevrilməyi hədəfləyir. Bu təşəbbüs təkcə infrastruktur layihəsi deyil – bu, sülhün iqtisadi arxitekturasıdır. Və məhz bu səbəbdən Azərbaycan–ABŞ münasibətlərində başlanan yeni mərhələ region üçün uzunmüddətli sabitlik və rifah vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu səfər çərçivəsindəki bəyanatı iki ölkənin strateji tərəfdaşlıq yolunda irəlilədiyini, ikitərəfli əməkdaşlığın yalnız siyasi nümunədən deyil, konkret layihələr və strateji məqsədlər əsasında inkişaf etdiyini ortaya qoyur. ABŞ-ın bu tərəfdaşlıqda rolunun artırılması, regional sabitliyə və inkişaf perspektivlərinə yeni imkanlar açır. Bu səfər və imzalanan Strateji Tərəfdaşlıq Xartiyası yalnız bugünkü münasibətləri deyil, gələcək üçün də geniş əməkdaşlıq perspektivlərini müəyyənləşdirir və iki xalq arasındakı dostluq və əməkdaşlıq davamlılığını təmin edir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər