BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür.

O, 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub və həyatını Vətənə xidmətə həsr edib. Azərbaycan Silahlı Qüvvələri-nin Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı kimi yüksək peşəkarlıq və igidlik nümayiş etdirib.

Aprel döyüşləri zamanı 4 aprel 2016-cı ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib və İlham Əliyev-in sərəncamı ilə ölümündən sonra “Milli Qəhrəman” adına layiq görülüb.

Murad Mirzəyev həm də beynəlxalq hərbi təcrübəyə malik zabit idi ABŞ, Rumıniya və İordaniyada keçirilən təlimlərdə iştirak edib. Ailəli idi, iki övladı yadigar qalıb.

Onun və onun kimi qəhrəmanların göstərdiyi şücaət 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan Ordusunun qələbə ruhunun əsasını təşkil etdi. 2020-ci ildə baş vermiş bu müharibədə Azərbaycan öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi və bu zəfərin təməlində məhz Murad Mirzəyev kimi igidlərin qəhrəmanlığı, fədakarlığı və vətən sevgisi dayanırdı.

O, 11 aprel 2016-cı ildə Bakıda yerləşən II Fəxri Xiyabanda dəfn olunub.

Bu gün Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsi qəbri üstündə anılıb. Anım mərasimində dostları, yaxınları, Yasamal rayon icra hakimiyyətinin əməkdaşları, Murad Mirzəyevin adını daşıyan MMA klubunun üzvləri iştirak ediblər. Murad Mirzəyevin xatirəsi  hörmətlə anılıb, onun döyüş yolundan danışılıb.

image-img-20260331-wa0055image-img-20260331-wa0054image-img-20260331-wa0053image-img-20260331-wa0052

 

Son xəbərlər

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Bütün xəbərlər