BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Şimali Kiprdə fəaliyyət göstərən European University of Lefke (Lefke Avropa Universiteti) International Education Fair 2026 (IEF 2026) çərçivəsində Hilton Baku otelində keçirilən beynəlxalq təhsil sərgisində Bakı nümayəndəliyi ilə iştirak edib.

Beynəlxalq universitetlərin, təhsil agentliklərinin və karyera qurumlarının bir araya gəldiyi sərgi “top universitetlərin beynəlxalq sərgisi, master-klasslar və Career Fair” formatında təşkil olunaraq təhsil və karyera imkanlarını bir platformada birləşdirib.
Tədbir zamanı universitetin bakalavr və magistratura proqramları, qəbul şərtləri, təqaüd imkanları və beynəlxalq akademik perspektivləri barədə ziyarətçilərə ətraflı məlumat verilib.

1990-cı ildən fəaliyyət göstərən universitet Kipr Bilim Vəqfi tərəfindən təsis olunub və Türkiyə Ali Təhsil Şurası tərəfindən tanınır. Rəsmi məlumatlara əsasən, ali təhsil müəssisəsi müxtəlif ixtisas istiqamətləri və geniş beynəlxalq tərəfdaşlıqları ilə seçilir. Universitet 2026-cı il üzrə QS World University Rankings siyahısında 751–800 aralığında yer alır.

Sərgi çərçivəsində abituriyent və valideynlərin diqqətinə çatdırılıb ki, 2025–2026-cı tədris ili üçün azərbaycanlı tələbələrə bakalavr və magistratura səviyyələrində sərfəli qəbul imkanları təqdim olunur. Tədris həm ingilis, həm də türk dillərində aparılır. Universitetdə turizm, stomatologiya, əczaçılıq, iqtisadiyyat və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, memarlıq və dizayn, hüquq, kənd təsərrüfatı və texnologiyaları kimi müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür.

Təqdimat zamanı bildirilib ki, tələbələr universitetin geniş beynəlxalq əməkdaşlıq şəbəkəsindən yararlanmaq imkanı əldə edirlər.

Universitet nümayəndələrinin sözlərinə görə, tələbələr üçün 70 faizə qədər təqaüd imkanları, münasib təhsil haqları və beynəlxalq akademik mühit gələcək karyera baxımından mühüm üstünlüklər yaradır. Xüsusilə magistratura təhsili almaq istəyənlər üçün təqdim olunan əlverişli maliyyə şərtləri böyük maraq doğurur.

Sərgidə iştirak edənlərə qəbul üçün tələb olunan sənədlər barədə də məlumat verilib. Qaydalara əsasən, müraciət zamanı şəxsiyyət vəsiqəsi, pasport, attestat və ya diplom, transkript, həmçinin bu sənədlərin ingilis dilinə təsdiqlənmiş tərcümələri tələb olunur.

Universitetin Azərbaycan nümayəndəliyindən bildirilib ki, xaricdə keyfiyyətli və sərfəli ali təhsil almaq istəyən gənclər üçün Lefke Avropa Universiteti perspektivli seçimlərdən biri hesab olunur və azərbaycanlı tələbələr üçün yeni imkanlar yaradır.

Qeyd edək ki, universitetin Bakı nümayəndəliyi ilə əlaqə saxlamaq üçün +994 50 312 39 82 nömrəsinə müraciət etmək mümkündür.

 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər