BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Nüşabə Məmmədlinin böyük Zəfərimizə həsr olunan “Zəfər zənguləsi” romanı təqdim olunur.

Yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədlinin 44 günlük Vətən müharibəsinə, Azərbaycan Ordusunun qısamüddətli antiterror əməliyyatının birinci ildönümünə və Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün birinci ildönümünə həsr olunmuş “Zəfər zəngüləsi” romanında baş verən hadisələr real tarixi faktlara əsaslanır. Bütöv Qarabağ sevgisi ilə yaşayan hər bir azərbaycanlı kimi yazıçı Nüşabə Məmmədli Vətənə olan böyük eşqindən, günahsız tökülən qanlardan, dağıdılan kənd və şəhərlərdən, heç bir vəhşiliyə sığmayan, insanlıqdan payı olmayan mənfur ermənilərin törətdiklərindən haqqa tapınaraq “Zəfər zənguləsi” romanını yazmaq üçün yaddaşını, xatirələrini səfərbər edib onu ərsəyə gətirdi.

Romanı oxuyarkən insan dəhşətə gəlir. Erməni xisləti heç bir ədəbiyyatda, filmdə bu qədər çılpaq verilməyib. Bir millətin daxili dünyası nə qədər qara ola bilərmiş! Kitabsevərlərə təqdim olunan əsərdə qeyd olunur ki, Vətən üçün qanından, canından keçən, arzularını Azərbaycan uğruna basdırıb şəhidlik zirvəsinə ucalan oğullarımız, alnıaçıq, üzüağ, bir çoxları geri əlil dönən qazi qardaşlarımız, əsirlikdə məşəqqətli, əzablı illər keçirib az sayda sağ qalan insanlarımız, öz xalqını dəmir yumruq kimi bir yerə toplayan sərkədəmiz – Ali Baş Komandan və onun igid əsgərləri bu torpaqlarımızı azad etdilər.

Romanda Vətən müharibəsi və antiterror əməliyyatının qəhrəmanları haqqında maraqlı məlumatlar, döyüş səhnələri, əsgər və zabitlərimizin igidliyi, qorxmazlığı təsvir olunur.

Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda izləyicilərə “Zəfər zənguləsi” romanı haqqında məlumat verir, yazıçı Nüşabə Məmmədli isə əsərinin “Can bazarı” fəslindən bir parça səsləndirir.

 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər