BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Son zamanlar artan yanğın hadisələri ilkin yanğın avadanlıqlarının əhəmiyyətini bir daha gündəmə gətirir. Təhlükəsizlik mühəndisliyində peşəkar yanaşma ciddi tələbat yaradır. Beləki, son aylarda həm paytaxt Bakıda, həm də regionlarda baş verən bir neçə ciddi yanğın hadisəsi cəmiyyətdə təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırıb. İstər iri ticarət mərkəzləri, istər sənaye obyektləri, istərsə də yaşayış binalarında anidən başlayan alov qısa müddət ərzində milyonlarla manatlıq maddi ziyana və ən əsası, insan həyatı üçün birbaşa təhdidə çevrilir. Mütəxəssislərin və aidiyyəti qurumların apardığı təhlillər göstərir ki, bir çox hallarda fəsadların böyüməsinin əsas səbəbi hadisə yerində vaxtında müdaxilənin edilməməsi və zəruri təhlükəsizlik infrastrukturunun olmamasıdır.

Yanğınsöndürmə briqadaları hadisə yerinə çatanadək keçən ilk bir neçə dəqiqə “qızıl vaxt” hesab olunur. Məhz bu müddət ərzində alovun qarşısını almaq və ya lokallaşdırmaq üçün ilkin yanğın avadanlıqları həlledici rol oynayır. Təəssüf ki, bəzi obyekt sahibləri bu avadanlıqların quraşdırılmasına, sadəcə rəsmi prosedurları yola vermək üçün bir vasitə kimi baxırlar. Lakin real təhlükə anında keyfiyyətli və standartlara cavab verən bir odsöndürən balon bütöv bir binanın və onlarla insanın xilaskarı ola bilər.

“Lider Yanğın” şirkətinin əməkdaşları

Yanğın təhlükəsizliyi, sadəcə avadanlıq almaqdan ibarət deyil; bu, dəqiq mühəndislik hesablamaları, düzgün layihələndirmə və mütəmadi texniki baxış tələb edən kompleks bir sistemdir. Azərbaycanda bu sahədə Fövqəladə Hallar Nazirliyinin (FHN) normalarına tam cavab verən və beynəlxalq standartları tətbiq edən şirkətlərin xidmətlərindən istifadə etmək zərurətdir.

Bu kritik ehtiyacı ölkə bazarında ən yüksək peşəkarlıqla qarşılayan və uzun illərin mühəndislik təcrübəsinə malik olan şirkətlərdən biri də “Lider Yanğın” müəssisəsidir. Sektorun aparıcı qurumlarından biri kimi çıxış edən şirkət, kiçik ofislərdən tutmuş irimiqyaslı sənaye zavodlarına və data mərkəzlərinə qədər hər bir məkanın spesifik risk dərəcəsini analiz edərək fərdi həllər təqdim edir.

Mövzunun əhəmiyyətini və ilkin yanğın avadanlıqlarının kritik rolunu nəzərə alaraq, məsələnin texniki tərəflərini öyrənmək üçün “Lider Yanğın” şirkətinin mütəxəssisləri ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, alovla mübarizədə ilk saniyələr həlledicidir. “İlkin yanğınsöndürmə vasitəsi sayılan və obyektin risk dərəcəsinə uyğun seçilmiş odsöndürən balonlar fəlakətin qarşısını alan əsas alətdir. Məkanın spesifik xüsusiyyətlərindən asılı olaraq tətbiq edilən quru tozlu (ABC), karbon qazlı (CO2) və köpüklü sistemlər fərqli yanğın siniflərinə anında müdaxilə edərək, alovun mənbəyi böyümədən, saniyələr içində neytrallaşdırır. Fiziki təchizatla yanaşı, zərurət yarandıqda şirkətimiz personalın yanğın təhlükəsizliyi üzrə təlimatlandırılması məqsədilə xüsusi seminar, təlim və məşğələlər də həyata keçirir”.

Verdikləri dəyərli məlumata və təhlükəsizlik mədəniyyətinin inkişafına qatdıqları peşəkar yanaşmaya görə “Lider Yanğın” komandasına təşəkkür edirik.Unutmaq olmaz ki, həyat və əmlak təhlükəsizliyi şansa buraxıla bilməz, gözlənilməz riskləri idarə etməyin yeganə yolu məhz bu sahədə etibarlı, öz işini tam bilən peşəkar bir şirkətlə əməkdaşlıq etməkdir.

Ətraflı linkdə //www.lideryangin.az/az

Son xəbərlər

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Bütün xəbərlər