BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ümummilli Lider Heydər Əliyevnin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanda və ölkə hüdudlarından kənarda dahi dövlət xadiminin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və beynəlxalq münasibətlərin inkişafına verdiyi töhfələr bir daha ehtiramla yad edilir. Müasir Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də ölkənin uğurlu inkişaf strategiyasının əsasını təşkil edir. Xüsusilə Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin formalaşması və möhkəmlənməsi məhz onun uzaqgörən siyasətinin mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Bu münasibətlə Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova mediaya açıqlamasında Ümummilli Liderin Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı tarixi rolundan, xalqlar arasında dostluq ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrdən və bu siyasi irsin bu gün də uğurla davam etdirilməsinin vacibliyindən danışıb.

Gülnarə Rəhimova bildirib ki, Azərbaycan ilə Rusiya arasında formalaşmış münasibətlər uzun illərə söykənən qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, bu münasibətlərin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynayıb.

Gülnarə Rəhimova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə də səbəb olub. O vurğulayıb ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ilə Rusiya arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və xalqlar arasında dostluq əlaqələri daha da dərinləşib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini bildirən təşkilat rəhbəri qeyd edib ki, bu gün iki ölkə arasında əməkdaşlıq regional sabitlik və iqtisadi tərəfdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bizim nəsil və şəxsən mən, xüsusilə Azərbaycan və Rusiya xalqları arasında humanitar, iqtisadi və ictimai əlaqələrin möhkəmləndirilməsi prosesində daim fəal iştirak etmişik. Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində formalaşmışam. Onun siyasi baxışlarında xalqlar arasında dostluq, qarşılıqlı hörmət və strateji əməkdaşlıq xüsusi yer tuturdu. Heydər Əliyev hər zaman Azərbaycan ilə Rusiya arasında səmimi münasibətlərin qorunmasının vacibliyini qeyd edib və bu istiqamətdə mühüm addımlar atıb. Bu gün Prezident İlham Əliyev həmin siyasi xətti uğurla davam etdirir, Birinci vitse-prezident Mehriban Əliyeva isə humanitar diplomatiya və mədəni əlaqələrin inkişafına mühüm töhfələr verir”, – deyə Gülnarə Rəhimova bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, bu gün də Azərbaycan və Rusiya arasında iqtisadi, biznes və investisiya sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Onun sözlərinə görə, Xəzər Biznes Təşəbbüsü hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi, yeni layihələrin təşviqi və qarşılıqlı biznes platformalarının yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

“Biz bu gün Azərbaycan və Rusiyadan olan tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Müasir dövrün çağırışlarını nəzərə alaraq iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün yeni təşəbbüslərlə çıxış edirik. Əminik ki, qarşılıqlı etimada əsaslanan bu münasibətlər gələcəkdə də regionun sabitliyinə, iqtisadi inkişafına və xalqlarımızın rifahına mühüm töhfə verəcək”, – deyə o vurğulayıb.

Gülnarə Rəhimova sonda bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi və mənəvi irsə daim sadiq qalacaq: “Biz əlaqələrimizi daha da möhkəmləndirmək, xalqlarımız arasında dostluq körpülərini gücləndirmək və dövrümüzün böyük siyasətçisinin müəyyən etdiyi strateji xətti davam etdirmək üçün fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.”

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər