BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə görkəmli pedoqoq, publisist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Mirvarid Dilbazinin “Anam yadıma düşdü” şeiri təqdim olunur.

Azərbaycanın ilk qadın Xalq şairi adına layiq görülmüş el anası Mirvarid Dilbazi yaradıcılığı xalqa, onun həyatında baş verən hadisələrə bağlı idi. Ulu Öndər Heydər Əliyev şairin 70 illik yubileyində demişdir: “Siz 70 ildir ki, xalqımıza, millətimizə, ölkəmizə, Vətənimizə sədaqətlə, öz fədakar əməyinizlə, parlaq yaradıcılığınızla xidmət edirsiniz. Sizin şeirləriniz, poemalarınız, bütün əsərləriniz neçə-neçə nəsillərə güc, inam verib və bu gün də verir, gələcəkdə də verəcəkdir”.

İsti küləklər əsdi,
Yaz gəlməyə tələsdi.
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...

 

Bənövşə dəstə-dəstə,
Qızılgül yarpaq üstə.
Sular axır ahəstə,
Anam yadıma düşdü...

Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda  Xalq şairi Mirvarid Dilbazi haqqında məlumat verir. İzləyicilərə təqdim olunan  “Anam yadıma düşdü” şeirində  təbiətin gözəl ahəngində ananın xatırlanması, anaya olan böyük sevgi və müqəddəs duyğular  tərənnüm olunur. Şeir Azərbaycan poeziyasında ana mövzusunda yazılmış ən təsirli, səmimi və kövrək nümunələrdən biridir. Şair bu əsərdə ana müqəddəsliyini, ona olan sonsuz sevgini və dözülməz ayrılıq həsrətini böyük bir ürək ağrısı ilə qələmə alıb. Müəllif uşaqlıq illərinə, anasının isti nəfəsinə və qayğısına duyduğu ehtiyacı dilə gətirir.

Şairin “Anam yadıma düşdü” şeirinə bəstəkar, Xalq artisti Ramiz Mustafayevin bəstələdiyi mahnı Xalq artisti Gülağa Məmmədovun ifasında izləyicilərə təqdim olunur:

​​​​


//youtu.be/jMTdlAjCT4g
 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər