BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərlə yanaşı, ölkənin digər bölgələrinə də səfərlər edir. Bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri davam etdirilir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı bütün sahələri və bütün bölgələrimizi əhatə edir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı və Ağsuya səfəri zamanı yeni istifadəyə verilən infrastruktur layihələri bunu bir daha təsdiqləyir.Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilir. Son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxananın tikilməsi, 100-ə yaxın məktəbin inşası və ya əsaslı şəkildə təmir olunması burada yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Ötən il Prezident İlham Əliyevin İsmayıllıya səfəri zamanı da şəhərin Babək küçəsində ideya və üslub baxımından aparılan xüsusi abadlıq işlərinin şahidi olmuşduq. Xarici və yerli turistlərin marağına səbəb olan Lahıcda aparılan yenidənqurma işləri də xüsusi diqqət çəkirdi. Bir il əvvəl İsmayıllı rayonunda yeni salınan Basqal-Sulut avtomobil yolu isə son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş işlərin tərkib hissəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.Deputat qeyd edib ki, qədim və tarixi məkan olan Basqalın da həm tarixi siması qorunur, həm də burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılması, iş yerlərinin açılması üçün addımlar atılır. Qəsəbədə 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını daha da genişləndirəcək. Təsadüfi deyil ki, oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. Eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Burada da 200-ə yaxın iş yeri açılıb. Ümumiyyətlə, əhalinin məşğulluğunun artırılması regionların sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biridir.K.Nurullayevanın sözlərinə görə, regionların inkişafı ilə paralel milli sərvətimiz olan dini abidələrimizin, məscidlərin, ibadətgahların əsaslı təmiri, yenidən qurulması işləri də davam etdirilir. 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi də dövlət başçımızın tapşırığına uyğun olaraq bərpa edilir. 500 ildən çox yaşı olan və Qafqazın ən nadir abidələrindən hesab olunan türbə turistlərin diqqətini cəlb edən məkanlardan biridir. Təmir-bərpa işlərindən sonra bu maraq daha da artacaq.

"Bir sözlə, dövlət başçımızın səfər etdiyi bütün bölgələrdə artan inkişaf dinamikası müşahidə olunmaqdadır. Nəticə etibarilə regionların inkişafı ilə bağlı vəzifələrin icrası sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir", - deyə deputat vurğulayıb.

 

 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər