BAKU Azərbaycan
30.12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şəki ilə qardaşlaşmış Türkiyənin İzmir vilayətinin Berqama bələdiyyəsinin sədri Hakan Koştunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın bu qədim diyarına səfər edib. Səfər çərçivəsində avqustun 23-də Şəki və Berqama şəhərləri arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanmasına həsr olunmuş mərasim keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər proqramına uyğun olaraq əvvəlcə qonaqlar şəhər rəhbərliyi ilə birlikdə Vərəzət kəndi ərazisindəki naməlum türk əsgərinin məzarını, Şəki şəhərindəki Şəhidlər xiyabanını, həmçinin Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Mərkəzlə tanışlıqdan sonra şəhərlər arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, İzmir vilayəti Berqama bələdiyyəsinin rəsmiləri, qardaş ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan müxtəlif siyasi partiyaların təmsilçiləri, həmçinin Milli Məclisin deputatı Vüqar İskəndərov, Şəki bələdiyyəsinin rəhbər şəxsləri iştirak ediblər.Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Berqama bələdiyyəsinin sədri Hakan Koştu qardaşlaşmış şəhərlərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa təqdimatla çıxış ediblər. Diqqətə çatdırılıb ki, Şəki ilə Berqama şəhərləri arasında əlaqələrin təməli bu ilin mayında qoyulub. Beləliklə, Şəki ilə qardaşlaşmış şəhərlərin sayı artıq 12-yə çatıb. Vurğulanıb ki, dostluq və qardaşlıq haqqında protokolun imzalanması bu şəhərlərin sakinləri arasında humanitar, iqtisadi və turizm sahələrində əlaqələrin yaranmasında mühüm rol oynayacaq, eyni zamanda, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Elxan Usubov 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib, bu tarixi Zəfərin əldə olunmasında qardaş Türkiyənin dəstəyini və rolunu xüsusi vurğulayıb.

İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Qonaqlar Mərkəzdə yerli ifaçıların təqdim etdiyi qısa konsert proqramını izləyiblər.

Səfər proqramına uyğun olaraq, sonra türkiyəli qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib, Şərq memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayı ilə tanış olublar. Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.Türkiyəli qonaqlar sarayın qarşısında xatirə şəkli çəkdiriblər.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər