Siyasət
24.08.2022 / 11:07
“Snayper həddi” müsabiqəsində birinci mərhələyə yekun vurulub
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib. Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.