BAKU Azərbaycan
30.5 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qazaxıstan-Azərbaycan münasibətləri Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir. İstər tarixi kontekstdə, istərsə də son 30 illik müstəqillik dövründə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş, yaxın dost və qardaş ölkələr olublar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.Onun sözlərinə görə, ən yaxın siyasi keçmişimizin çətin dövrlərində, artıq tarixə qovuşmuş münaqişə dövründə qardaş ölkə istər siyasi-diplomatik, istərsə də mənəvi-siyasi baxımdan həmişə Azərbaycanın yanında olub.

"Tarixi Zəfərimizdən sonra da Qazaxıstan bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edib. Hazırda işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirak etmək istəyən, həmin torpaqlara sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisində Qazaxıstan təmsilçiləri birinci yerdədir”, - deyə H.Babaoğlu diqqətə çatdırıb.Deputat vurğulayıb ki, qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri rəsmi tərəfi ilə yanaşı, mənəvi-siyasi tərəfi ilə də yaddaqalan oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan dövlətinin ən ali mükafatı – “Altın kıran” – “Qızıl qartal” ordeni ilə təltif edilməsi yuxarıda dediklərimizin əyani sübutudur.Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdim edilməsi də dediyimiz mənəvi-siyasi münasibətlərin əsas göstəricilərindən biri hesab edilə bilər. Çünki Qarabağ Azərbaycanın musiqi beşiyi, mədəniyyət mərkəzlərindən biridir. Kurmanqazı Saqırbayulu da XIX əsrin əvvəllərində yaşamış böyük qazax musiqiçisi və bəstəkarıdır.Şuşa və Türküstan şəhərlərinin qardaşlaşmasının isə digər xüsusi hadisə olduğunu bildirən Hikmət Babaoğlu deyib: “Çünki Türküstan Əl Fərabi ət Türkün, Əhməd Yasəvinin, Şuşa İsə Əhməd bəy Ağaoğlunun, Üzeyir Hacıbəylinin vətənidir. Göründüyü kimi, bütün bunlar xüsusi diqqət və uzaqgörən hədəflərə hesablanaraq atılan, tarixi ortaq köklərimizə hesablanan qərarlardır. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə, Azərbaycanla Qazaxıstan arasında imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizliyi və əməkdaşlığının perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Bu, iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq”.

 

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər