Siyasət
31.08.2022 / 19:20
Azərbaycanın müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetini ziyarət edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və digər dövlətlərdən olan həmkarları ilə birgə universitetin “Şərəf kitabı”nı imzalayıb.Sonra qonaqlara Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramı təqdim edilib.