BAKU Azərbaycan
26.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və dəvəti ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında növbəti görüş oldu. Həm Azərbaycan xalqı, həm də dünya siyasətçiləri bir daha İlham Əliyev diplomatiyasının gücünə və onun necə böyük siyasətci olmasına şahidlik etdi. Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir”.

“Xeber7” məlumat verir ki, bunu  APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

 

Politoloq deyib ki, artıq il ərzində ikinci dəfədir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə hər iki ölkə liderinin görüşü baş tutur: “Hər iki görüş olduqca səmərəli və Azərbaycan diplomatiyasının qələbəsi ilə başa çatıb. Bunun da səbəbi ağıllı siyasət, hərbi arenada qazanılan uğuru diplomatiya sahəsində də təkrarlamaq və ən əsası da “dəmir yumuruq” amilidir. Bugünkü görüşdə də Azərbaycan öz istəyinə nail olub. Biz bunu həm Şarl Mişelin, həm də Prezident İlham Əliyevin bəyanatından görə bilərik. Artıq hansısa bir statusdan söz gedə bilməz, Qarabağ Azərbaycanın daxili işidir və ona kənardan kimsə müdaxilə edə bilməz, edən olsa da “dəmir yumuruq” yerindədir. Bunu hər kəs bir daha 3 avqust tarixində “Qisas” əməliyyatında gördü. Artıq Ermənistan tərəfi də anlamalı idi ki, geriyə yol yoxdur. Onlar üçün də ən uyğun variant odur ki, Azərbaycanın təqdim etdiyi və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də bəyəndiyi 5 maddədən ibarət təkliflər paketini qəbul etsinlər. Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası proseslərinə müsbət yanaşmalı, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı 2020-ci il 10 noyabr bəyanatında üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməlidir. Artıq qəbul edilmiş yeni sənəddə nə “Qarabağ münaqişəsi” sözü var, nə də ATƏT-in Minsk qrupu qeyd olunur. Prezident İlham Əliyevin də dediyi kimi, artıq münaqişə ilə bağlı keçmişə aid heç nə yoxdur. Ancaq irəli baxmaq və mövcud vəziyyətlə barışmaq lazımdır. Yoxsa Ermənistan üçün heç də yaxşı olmayacaq”.

Ramiz Alıyev qeyd edib ki, Azərbaycan diktə edən tərəfdir, qalib ölkədir, sülh müqaviləsi də Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq: “Bu görüşdə əldə olunmuş razılığa əsasən, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılığın əldə olunması onu göstərir ki, sülhə gedən yol açılıb, Ermənistan mövcud vəziyyətlə barışaraq, həm üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirmək, həmdə öz ölkəsini səfalətdən qurtarmaq niyyətindədir. Ermənistan tərəfi tez bir zamanda sülh sazişinin imzalanmasından başqa ikinci bir yolun olmadığını anladı. Çünki sülh müqaviləsi üçün hər gecikən gün Ermənistanın əleyhinə işləyir. Bütün bunların baş verməsinin əsas səbəbi qeyd etdiyimiz kimi düşünülmüş ağıllı siyasət və dəmir yumruqdur. Eyni zamanda bu razılaşmalarda Şarl Mişelin xüsusi və şəxsi rolunu da qeyd etmək vacibdir. Avropa İttifaqının Prezidentinin sülh müqaviləsi danışıqlarına və dövlətlərarası münasibətlərin normallaşmasına kömək etməsi təqdir olunmalıdır. Bu gün Ermənistan tərəfi artıq anladı ki, sülh müqaviləsi və üzərinə götürmüş olduğu öhdəliklər qaçılmazdır”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər