BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev məhz birincilərdəndir. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixi ulu öndər Heydər Əliyevin adı ilə həmahəng tutulur. Bu mənada 3 sentyabr tariximiz üçün əlamətdar günlərdən biri hesab olunur.

3 sentyabr 1991-ci ildə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 31 il ötür. Vətənə, millətə sevgisi, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan dahi liderin iti zəkası, qətiyyətli addımları öz nəticəsini verdi. Dövləti qurub-yaradan, bütün ömrünü xalqına həsr edən, məqsədi qurub-yaratmaq olan dahi şəxsiyyət Heydər Əliyevin Ali Məclisinin sədri seçilməsi təkcə muxtar respublika üçün deyil, bütövlükdə Azərbaycan üçün tarixi hadisə oldu.
Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanda siyasi kataklizimin hökm sürdüyü bir dövrə təsadüf etsə də, müdrik siyasətçi düzgün qərarları ilə gərgin proseslərdən qalib kimi çıxmağı bacarmışdı. Prezident İlham Əliyevin də qeyd etdi kimi, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edildi. Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi.
1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olundu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin, həmrəyliyinin yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. 44 günlük Vətən Müharibəsində bu həmrəyliyin şahidi olduq. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıdışından sonra da harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların bir amal ətrafında sıx birliyi üçün gərəkən addımları atdı.
Ulu öndərin Naxçıvandakı siyasi fəaliyyətindən danışarkən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməmək olmaz. 1992-ci il noyabrın 21-də müasir müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyası oldu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda aparılan böyük quruculuq işləri müəyyən dairələrin xoşuna gəlmirdi. Odur ki, cılız siyasi ambisiyalarla məşğul olan qüvvələr hər an onu qaralamaq, əməyini kiçiltmək istəyirdilər, tabeliklərində olan mətbuat vasitəsilə “qara piar” kampaniyasına əl atırdılar. İdarəçilikdən xəbərsiz olan bu qüvvələrin bacarıqsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı parçalanmağa, məhv olmağa sürükləyirdi: Torpaqlarımızın işğal olunması, yaranmış gərgin ictimai-siyasi vəziyyət 1993-cü ilin iyununda son həddə çatdı. Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. 1993-2003-cü illər ərzində Azərbaycan keçid dövrünü məharətlə arxada qoyaraq, sürətli inkişaf, tərəqqi dövrünə qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qızıl hərflərlə yazdı. O, çox gözəl bilirdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğalçılardan təmizləyəcək və tarixi məkanlarına yenidən sahib olacaqdır. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, burada aparılan bərpa-quruculuq işləri Ulu Öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirildiyinin bariz nümunəsidir.

Heydər Əliyev yolunun uğurlarından bəhrələnən Azərbaycan xalqı bundan sonra da daha möhtəşəm qələbələrə şahidlik edəcəkdir. İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Son xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

Bütün xəbərlər