BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün dünyada baş verən qiymət artımı və inflyasiya prosesi ilə yanaşı, postpandemiya dövrünün yeni çağırışları dünya arxitekturasının formalaşması, o cümlədən yaranmış reallıqların nizamlanmasında yeni problemləri ortaya qoyur. Həmçinin bu problemlərdən savayı, Rusiya ilə Ukrayna arasında davam edən gərgin münasibət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında əlavə imkanların nəzərdən keçirilməsini vacib edir.Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüssel şəhərində keçirilən sayca 4-cü görüşü öz mahiyyəti ilə hər iki tərəf üçün faydalı oldu, bir daha Azərbaycana sülhə əsaslanmış mövqeyini açıq elan etmə imkanı verdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.O bildirib ki, görüş konkret olaraq əvvəlki görüşlərdə müzakirə olunmuş və əldə edilmiş razılıqların yerinə yetirilməsi nöqteyi nəzərdən, habelə qəbul olunmuş qərarların icrasının əlavə tədbirlərlə davam etdirilməsi, həmçinin bir sıra məsələlərə aydınlıq gətirilməsi üçün əhəmiyyətli idi. Azərbaycan diplomatiyası və Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti bu dörd saatlıq üçtərəfli görüşdə də özünü uğurla göstərdi. Ermənistan tərəfinin, yəni Nikol Paşinyanın görüşün yekunlarına dair mətbuata səsləndirdiyi açıqlaması onu bildirməyə imkan verir ki, danışıqlar onlar üçün həddindən artıq gərgin keçib. Ermənistanın daha əvvəl üzərinə götürdüyü öhdəliklərin icrasını bilərəkdən ləngitməsi, eyni zamanda, bu prosesin bu gün də müşahidə olunması keçiriləcək növbəti görüşlərdə qarşı tərəfin vəziyyətinin daha da mürəkkəb və acınacaqlı olacağına məntiqi işarədir.“Prezident İlham Əliyevin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi Ermənistanın ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinə dair şərtlərini qəbul etməsi ilə nəticələndi. Belə ki, bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Bu, bir daha Azərbaycanın regionda real güc sahibi olduğunun bariz nümunəsidir.

Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir”, - deyə deputat qeyd edib.M.Əfəndiyev diqqətə çatdırıb ki, Azərbaycan postmüharibə dövründə sülhün əldə olunmasının ali məqsəd olduğunu nəinki təmsil olunduğu beynəlxalq təşkilatlar, eyni zamanda, dəfələrlə Avropa İttifaqının rəhbərliyi qarşısında da tam aydın, sualsız ortaya qoyaraq bu istiqamətdə çoxşaxəli fəaliyyətini davam etdirməkdədir. Ermənistan tərəfi isə bu prosesi nə qədər uzatmağa çalışsa da, daha çox özünə zərər verir. Danışıqların yekununda son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel onu da qeyd edib ki: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”.“Beləliklə, təşkil olunmuş hər bir görüşdə bütün dünya Azərbaycanı sülhsevər və ədalətə əsaslanan qərarın qəbul olunmasını daha çox istəyən tərəf olaraq qəbul edir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

 

 

Son xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

Bütün xəbərlər