BAKU Azərbaycan
26.73 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə ictimai və siyasi zərurət var idi. Bu qanunun qəbulu siyasi partiyalar üçün yeni bir açılım olacaq”. Bu fikri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli mediaya açıqlamasında bildirib. 

Asif Əsgərli xatırladıb ki, Azərbaycanda ilk dəfə 1992-ci ilin iyun ayında “Siyasi partiyalar haqqında” qanun qəbul olunub: “Zaman-zaman bu qanun layihəsinə 60-dan çox düzəlişlər olub. 2019-cu ildən ölkədə siyasi açılım oldu. Belə ki, həmin il ilk dəfə Prezident Admnistrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbə yaradıldı. Bundan sonra Prezident İlham Əliyevin siyasətinə uyğun siyasi partiyalara iş sahəsinə çox önəmli addımlara başlandı. Eyni zamanda, ölkədə siyasi dialoq, milli həmrəylik istiqamətinə uyğun addımlar atılmağa başlandı. Qısa zamanda siyasi partiyaların qeydiyyatı məsləsi öz həllini tapdı. Bir neçə partiyanın dövlət qeydiyyatı alındə, onlarla partiyanın qurultayları keçirildi, 20-dən artıq siyasi partiyanın mənzil qərargahla təmin olundu. Vətən müharibəsi başlayanda, demək olar ki, bütün siyasi partiyalar Azərbaycan hökumətinin yanında olduğunu bildirən bəyanat verdi. Bu da ölkədə siyasi həmrəyliyin bariz nümunəsidir”.
YAP rəsmisi bildirib ki, ölkədə yeni siyasi kofiqurasiyanın müəyyən olunduğu bir vaxtda “Siyasi partiyalar haqqında” yeni qanunun olması zərurəti yaranıb: “Bu qanun 20-ə yaxın ölkənin təcrübəsi və Venesiya Komissiyaının Azəbaycana göndərdiyi tövsiyələr əsasında təkmil bir formada hazırlanıb. Amma maraqlısı odur ki, qanun layihəsi hələ heç Milli Məclisdə müzakiryə çıxmamışdan öncə Milli Məclisin sədri Sahibə Qafarovanın imzası ilə bütün partiyalara müraciət olundu ki, öz təkliflərini versinlər. 39 siyasi partiya bu yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Sentyabrın sonunda yeni qanun layihəsi ilə bağlı millət vəkilləri və bütün bu siyasi partiya təmsilçilərinin iştirakı ilə geniş ictimai dinləmələr keçiriləcək”. 
O deyib ki, yeni qanun layihəsinin bir sıra müsbət, təqdir olunası cəhətləri var: “İlk dəfə olaraq Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunda siyasi terminlər açıq təqdim olunub. Ümumiyyətlə,  qanun birinci fəslində siyasi fəaliyyətə aid bütün terminlərin açıqlaması verilib. Və ya orada partiyalara dövlət yardımı məsələsi konkret olaraq göstərilib. Düzdü, bu məsələ əvvəlki qanun layihəsində də var idi. Amma bir yeni məsələ də bura daxil olub. Belə ki, Milli Məclisə seçkilərdə müəyyən həddi keçən və yaxud mandat qazanan partiyalara dövlət tərəfindən maliyyə yardımı ayrılırdı. Amma yeni təklif də olub ki, məsələn, Milli Məclisə əlavə təkrar seçkilər keçirlir. Ola bilər Milli Məclisdə təmsil olunan partiya yox, digər yeni partiya daxil olub. Yeni qanun layihəsində bu məsələ də var ki, əlavə və təkrar seçkilərə yeni siyasi partiyalar düşə bilərsə, və yaxud siyasi partiyalarda dəyişlik olarsa, o partiyalara da dövlət tərəfindən maliyyə yardımının göstərilməsi nəzərdə tutulub. Eyni zamanda orada konkret olaraq maliyyənin, uçotun şəffaf aparılması məsələsi, ümumiyyətlə, partiyaya köçürülən vəsaitlərin yalnız nagdsız, bank yolu ilə olması nəzərdə tutulub. Hətta ianə və üzvlük haqqının da bank köçürlüməsi yolu ilə olması qeyd olunub. Yeri gəlmişkən, YAP üzvülük haqlarını artıq nağdsız şəkildə həyata keçirir. Bu da Azərbaycanda bir ilkdir”.   
Asif Əsgərlinin fikrincə, ölkədə YAP kimi güclü partiyaların formlamasına ehtiyac hiss olunur: “Hazırda Azərbaycanda 50-dən artıq partiya var. Mövcud qanuna görə partiyaların qeydiyyatı üçün üzvləri sayının minimum min nəfər olması lazımdır. Yenin qanun layihəsində bu rəqəmin 10 min olması təklif edilir. Etiraf edək ki, az üzvlə güclü siyasi partiya formalaşdırmaq mümkün deyil və bu, güclü partiyaların formlaşdırılması prosesini də ləngidir. Güclü partiyaların olmasında həm hökumət, həm də YAP maraqldır. 
Siyasi partiyalar yeni qanun layihəsi qəbul olunandan 90 gün sonra reyestrini təqdim etməlidir. 10 min üzvü olacaqsa, bunlar öz fəaliyyətlərini davam etdirə bilərlər. Və ya partiyaların təmərküzləşməsi də mümkündür. Yəni bir neçə partiya siyasi xəttə uyğun olaraq birləşə bilər”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər