Siyasət
14.09.2022 / 10:06
KTMT Ermənistana missiya göndərir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana missiya göndərəcək.
“Xeber 7” xəbər verir ki, bu barədə KTMT-nin katibliyi məlumat yayıb.
“Baş katib Stanislav Zasın başçılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana göndərilməsi barədə razılıq əldə olunub” – məlumatda bildirilir.
Qeyd olunur ki, mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyəti, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.