BAKU Azərbaycan
26.5 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistan nümayəndəsinin iddialarını qətiyyətlə rədd edirik.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.Səfir Ermənistanın BMT-dəki daimi nümayəndəsinin çıxışı zamanı səsləndirilən ittihamların əsassız və böhtan xarakterli olduğunu vurğulayıb: “Standart uydurmalar, təhriflər və aldatmalarla dolu bu bəyanatlar Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və əməkdaşlığı təşviq etməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir".Otuz il Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistanın beynəlxalq hüquqdan danışmasını tamamilə təzadlı adlandıran daimi nümayəndə Ermənistanın Azərbaycanın ərazilərinə qondarma adlar verməklə ərazi iddiaları ilə çıxış etməkdən çəkinməli olduğunu qeyd edib: “Ermənistanın hələ də öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi, regionda sülh və sabitliyə səmimi sadiq olmaması faktı onun Azərbaycanda köhnəlmiş və ya uydurma yer adlarından davamlı istifadə etməsi ilə sübut olunur. Ermənistan nümayəndəsinin bəyanatında heç bir tarixi və hüquqi əsası olmayan belə adlara istinadlar onun hökumətinin Azərbaycana qarşı davam edən ərazi iddialarının və ölkəmin suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar etinasızlığının sübutudur”.Bundan başqa, səfir Azərbaycanın guya Ermənistandakı mülki obyektləri hədəfə aldığı barədə iddiaların yalan olduğunu söyləyib və məhz Ermənistanın 2020-ci ildə Azərbaycanın Gəncə və Bərdə şəhərlərindəki mülki binaları iri çaplı silahlardan atəşə tutduğunu vurğulayıb.Y.Əliyev əlavə edib ki, Ermənistana qarşı hər zaman humanizm nümayiş etdirən Azərbaycan dövləti cinayət məsuliyyətinə cəlb edərək mühakimə etdiyi bir neçə erməni hərbi qulluqçunu qarşı tərəfə təhvil verib.

Son xəbərlər

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Bütün xəbərlər