BAKU Azərbaycan
29.79 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistanın cəbhə bölgəsində törətdikləri təxribatlar, mülki şəxslərin hədəfə alınması hər birimizdə, ümumiyyətlə dünya azərbaycanlılarında narahatçılıq yaratmışdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistanın hücumularının qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alınaraq zəfər çalındı.  44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının nümayiş etdirdiyi yüksək vətənpərvərlik hər birimizi hədsiz sevindirdi”. Bu haqda YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlama verib.

Asif Əsgərli bildirib ki, Vətən müharibəsi günlərdində soydaşlarımız dövlətimiz, Milli Ordumuz üçün yardım kampaniyalarında birləşərək aktivlik göstərirdilər: “Azərbaycan xalqı Prezident İlham Əliyevin xalqa müraciətlərində qaldırğı yumruq olub ətrafında toplandı. Vətən müharibəsi soydaşlarımız arasında birliyin və həmrəyliyin gücləndirilməsinin önəmini bir daha göstərdi. Və böyük iftixarla demək olar ki, Vətən müharibəsində müasir Azərbaycan gəncliyi ata-babalarına,vətənə sadiq olduqlarını qəhrəmanlıqları ilə sübut etdilər. İlk gündən Azərbaycan xalqı və xüsusən də gənclər ayağa qalxaraq birlik nümayiş etdirdilər. Ali Baş Konadanın bir çağırışı ilə gənclər kütləvi şəkildə orduya yazılıb döyüşlər qatıldılar. Prezident İlham Əliyev Vətən müharibəsində gənclərin bu rolunu xüsusi qiymətləndirərək onlara təşəkkür edib. Ölkə başçısı bu il fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda giriş nitqində deyib ki, bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Prezidentin bu sözləri hər bir gəncimizə motivasiya, mənəvi güc verib. Azərbaycan gəncləri bu gün öz bacarıq, intellekt və təcrübəsini artırıb yeni-yeni bilik və texnologiyalara yiyələnməklə yanaşı, sağlam vətəndaş mövqeyini də ortaya qoya bilir, vətənpərvərlik hislərini özündə yaşatmaqla hər zaman milli və dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir. Hələ 2016-cı ilin qısamüddətli Aprel döyüşləri zamanı heç bir təsir və resurslar işə salınmadan Azərbaycan gəncləri bir yumruq olduğunu göstərdi, vətənpərvərlik hislərini ortaya qoydu, hər an döyüşə hazır olduqlarını nümayiş etdirdi və 10-larla şəhid qardaşlarını ayaqda tutmaqla onlardan biri olmaqda şərəf duya biləcəklərini göstərdilər. Azərbaycan gəncləri hər zaman dövlətinə, millətinə bağlı vətəndaş mövqeyini göstərib, onu içdən və xaricdən zəiflətmək, ona qarşı təzyiqlər göstərmək istəyən istənilən qüvvənin qarşısında duranların ilk cərgəsində olanlardan olub ölkə gəncliyi. Azərbaycan gəncliyi, eyni zamanda ölkəmizin haqlı ədalətli mövqeyinin müdafiəsində, onun dünyaya çatdırılmasında, dövlətimizə beynəlxalq dəstəyin qazandırılmasında da öz vətəndaş mövqeyini ortaya qoyub”. 
YAP rəsmisi deyib ki, İkinci Qarabağ müharibəsindəki şanlı Qələbə tarixdə əbədi qalacaq: “Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Bununla belə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə heç zaman unudulurmur. Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bununla Azərbaycan dövləti və xalqı şəhidlərimizə olan ehtiramını göstərir. Şəhidlərin ruhuna, onların ailə üzvlərinə hər bir soydaşımız xüsusi dəyər verir. Artıq hər bir azərbaycanlı üçün şəhidlərimiz doğma və əzizdir”.
Asif Əsgərli Vətən müharibəsi günlərində, eləcə də 13 sentyabrda Ermənistanın sərəhəddə törətdiyi təxribat zamanı radikal müxalifətin anti-Azərbaycan fəaliyyətinə də toxunub: “Xaricdəki 5-ci kolon nümayəndələri və daxildəki radikal müxalifət üzvləri ermənimeyilli çıxşlarını hər zaman davam etdirirlər. Biz Vətən müharibəsi günlərində bunların iç üzlərini bir daha gördük. Məsələn, ölkədəki bütün partiyalar həmin günlərdə həmrəylik nümayiş etdirib dövlətə dəstək bəyanatı yaydılar. Lakin Əli Kərimlil və onun partiyası bu günlərdə dövləti dətəkləyən bayanat yaymadı. Belə anlaşılır ki, Azərbaycanın ərazi bütövlüyü onlar üçün önəmli deyil. Yenə də 13 sentyabrda Ermənistanın törətiyi təxribatlarada eyni reaksiya verdilər. Əli Kərmli və onun kimi bir qrup boşboğazlar Azərbaycan əleyhinə, Ermənistanın lehinə olan çıxışlar etdilər. Bu sərsəm çıxışları ilə onlar özlərini "sülhpərvər" göstərmək istəyirlər. Bu gün Azərbaycanın məqsədi ərazi bütövlüynü qorumaqdır. Ermənistan isə hələ də öz təcavüzkarlığını davam etdirir. Bizim bu vətən xainləri də belə bir ölkəni dəstəkləyən çıxışlar edirlər. Belə insanları heç bir halda soydaş kimi qəbul etmək olmaz".

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər