BAKU Azərbaycan
27.67 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547


 Bu Zəfər xalqımızın yaddaşından heç zaman silinməyəcək və eyni zamanda dünya hərb tarixində qızıl hərflərlə yazılacaq


 Azərbaycan dövləti hər zaman beynəlxalq hüquq normalarından çıxış edərək ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşıb, sülhün və sabitliyin tərəfdarı olub. Buna baxmayaraq, Azərbaycan 30 il ərzində işğaldan əziyət çəkən bir ölkə olmuşdur. Azərbaycan 2020-ci ildə öz tarixi torpaqlarını erməni işğalından azad edərək tarixi ədaləti bərpa etmişdir. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirdi. Vətən müharibəsi Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələndi. Azərbaycan tarixi Zəfərə nail oldu və bəşəriyyətə tarixi ədaləti şəhidlərin qanı ilə bərpa etdiyini göstərdi. Buna görə də şəhidlərin xatirəsi dünya azərbaycanlıları üçün daimi əzizdir. 27 sentyabr-Anım Günündə Prezident İlham Əliyev Füzuli rayonunda çıxışı zamanı qeyd etdiyi kimi, bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir: “Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
 Vətən müharibəsində dünya azərbaycanlıları yumruq kimi birləşərək haqsız güclərin üstünə getdi və dünyaya sübut etdi ki, haqq yolunda, ərazi bütövlüyünun bərpası uğrunda vuruşub. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı Zəfər yoluna işıq saldı. Cənab Prezident Füzuli rayonunda bildirib ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”. Bu Zəfər döyüş meydanında təkcə tanklarla, toplarla deyil, eyni zamanda ağılla, zəka ilə qazanıldı. Bütün bunlar da Ali Baş Komandan İlham Əliyevin diplomatik səriştəsi və qətiyyəti sayəsində baş verdi.
 Vətən müharibəsində Azərbaycan əsgəri şücaət və rəşadət nümayiş etdirdi. Düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamları 44 gün ərzundə darmadağın edildi. Yeri gəlmişkən, sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfəri heç də təsadüfi deyil. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin Anım Günündə Füzuli rayonuna belə səfərin edilməsi rəmzi xarakter daşıyır. Çünki Vətən müharibəsində ilk şəhidlərimiz məhz bu torpaqlar uğurunda gedən döyüşlərdə olub və elə ilk olaraq da bu ərazilər işğaldan azad edilib. Ali Baş Komandan özü də çıxışında bu məqama toxunaraq bildirdi ki, şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb: “Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir”. 
Bu gün böyük iftixar hissi ilə qeyd edirik ki, Vətən müharibəsində Zəfər qazanmağımızda xalq-Prezident-ordu birliyinin mühüm əhəmiyyəti var. Bu, həm də Azərbaycan xalqının, Prezidentinin və ordusunun gücünun bariz nümunəsidir. Cənab Prezidentin Füzulidə qeyd etdiyi kimi, bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərib. Bu Zəfər xalqımızın yaddaşından heç zaman silinməyəcək və eyni zamanda dünya hərb tarixində qızıl hərflərlə yazılacaq.

 

Qasımov Səyavuş Kamran oğlu, 
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər