BAKU Azərbaycan
29.09 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Yuta ştatının vitse-qubernatoru xanım Deidre Henderson ilə görüşüb.AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir X.İbrahim Azərbaycanın ABŞ və Yuta ştatı ilə ikitərəfli münasibətləri, habelə ölkəmizin zəngin tarixi, mədəni irsi və tolerantlıq nümunəsi olması barədə Deidre Hendersonu məlumatlandırıb.Səfir Azərbaycan və Yuta ştatı arasındakı oxşarlıqlara diqqət çəkərək, Yutanın ABŞ-da, Azərbaycanın isə müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkə olmasını vurğulayıb.Bundan əlavə, X.İbrahim ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi üçün görülən tədbirlər, xarici sərmayədarlar üçün yaradılmış əlverişli mühit, ölkəmizin regional nəqliyyat və enerji habına çevrilməsi və bu istiqamətdə icra olunan irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.Xanım Henderson, öz növbəsində, Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiklərini, bütün sahələr, xüsusilə də iqtisadiyyat və sərmayələrin qarşılıqlı cəlb edilməsi üzrə əlaqələrin təşviqinə hazır olduqlarını qeyd edib.Yuta ştatının alternativ enerji, yüksək texnologiyalar, turizm və kənd təsərrüfatı sahələrində qabaqcıl ştatlardan biri olduğunu vurğulayan vitse-qubernator, qeyd olunan sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu bildirib.Sonda səfir X.İbrahim Yuta ştatının vitse-qubernatorunu ölkəmizə səfərə dəvət edib. Xanım Henderson dəvəti məmnuniyyətlə qəbul edib.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər