BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan MDB-nin işində hər zaman yaxından iştirak etməkdə maraqlı olub. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. 14 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyev də iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilib. MDB Dövlət Başçıları Şurası həmçinin 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramını təsdiqləyib. 
Dünyada çətin və mürəkkəb proseslər gedir və günü-gündən yeni gərginlik ocaqları yaranır. Bu baxımdan birlik ölkələrinin dünyada təhdid yaradan məsələlərdə birgə əməkdaşlıq etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu barədə cənab Prezident İlham Əliyev də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı deyib: “Təhdidlər artır və yeni qeyri-sabitlik ocaqları yaranır. … Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir…”. Azərbaycanın regionda sabitliyin bərqərar olmasında maraqlı tərəf olması onun MDB iştirakçı-dövlətləri ilə qarşılıqlı əməkdaşlığında mühüm amildir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan tarixi torpaqları üzərində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışan dövlətlər var. Bunların başında isə ilk növbədə Fransa dayanır. Təəccüblüdür ki, Azərbaycanı uydurma “etnik təmizləmə” də günahlandıran ölkələrin nə regionun tarixindən, etnik tərkibindən heç bir xəbəri yoxdur. Fakt ondan ibarətdir ki, Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmışdır. 2020-ci ilə qədər Azərbaycan öz tarixi torpaqlarını həbir-siyasi yolla işğaldan azad edənə qədər də bu işğal və vandalizm siyasəti davam etmişdir. Münaqişəni həll etməkdə mandatı olan ölkələr isə müxtəlif yollarla bu işğalı legitimləşdirməyə, status-kvonu saxlamağa çalışmışdır.
Millət vəkili T.Cəfərova qeyd edib ki, Azərbaycan bütün vasitələrlə keçmiş münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışmışdı. ATƏT-in 30 il ərzində hər hansı müsbət nəticə əldə edə bilmədiyi məsələni Azərbaycan hərbi-siyasi yolla 44 gün ərzində həll etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bərabər, beynəlxalq hüququ da bərpa etdi. Keçmiş münaqişənin tarixinə bir daha nəzər saldıqda deyə bilərik ki, problemin həllində məsuliyyət daşıyan qurumların fəaliyyəti bu müddət ərzində tamamilə səmərəsiz olmuşdur. BMT Təhlükəsizlik Şurasının Ermənistanın qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı müvafiq qətnamələrinin kağız üzərində qalmış olması bunun əyani sübutudur. Bu isə onu deməyə əsas verir ki. beynəlxalq təsisatlar öz fəaliyyətlərində dəyişikliklərə getməlidirlər. Əks halda bu onların beynəlxalq münasibətlərdəki nüfuzuna ciddi xələl gətirir. 
Maraqlıdır ki, Azərbaycan proseslərdə bütün təşəbbüskarlığı öz üzərinə götürdükdən sonra bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik etməyə can atırlar. Əlbəttə, Azərbaycan qərəzsiz və birtərəfli siyasi münasibət daşımayan bütün cəhdləri qəbul edə bilər. Hazırda isə Qarabağ iqtisadi rayonunda erməni sakinlərin reinteqrasiya prosesi uğurla davam edir. Prosesin həyata keçirilməsi ilə bağlı Azərbaycan öz planını dərc etmişdir, hətda bu plan internetdə də mövcuddur. 
Fransa kimi ölkələr öz riyakar və separatist mövqelərini bir kənara qoyub, Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesinə mane olmağa çalışmasalar, regionda tezliklə sabitlik və əmin-amanlıq bərqərar ola bilər. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyisadəcə gülüş doğurur.  Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub.
Fransa kimi Ermənistanın havadarı olan dövlətlər və təşkilatlar öz riyakar və seperatçı siyasətlərini bir kənara qoymalı və Cənubi Qafqazdan qanlı əllərini çəkməlidirlər. Cənab Prezidentin də dediyi kimi “ Bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir…”. Ermənistan başqalarının oyununda oyuncaq olmağı bir kənara qoyub, konstruktiv yanaşma nümayiş etdirərsə, beynəlxalq münasibətlər sistemində özünə aid bir yer tuta bilər. Bu cür destruktiv yanaşma Ermənistanı sadəcə daha böyük bir böhrana doğru aparır. Millət vəkili Tamam Cəfərova belə deyib. 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər