BAKU Azərbaycan
29.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt Tarix Muzeyində şəhərin fəal gəncləri, idmançıları və ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının əməkdaşı Elvin Əlizadə bildirib ki, siyasi partiyaların seçki kampaniyasının uğurunu təmin edən amillərin içərisində düzgün namizədlərin müəyyənləşdirilməsi vacib rol oynayır. Məhz bu baxımdan YAP-ın namizədlərin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən təcrübəli siyasi təşkilat hesab etmək olar.

Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.

M.Vəliyeva vurğulayıb ki, güclü Lideri, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində YAP sıralarında 730 mindən çox üzvü birləşdirən əsl ümumxalq partiyasına çevrilib. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.  

Tədbirdə, həmçinin Prezident təqaüdçüsü Ofelya Babayeva, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov, Vətən müharibəsi qazisi Pərvin Abdullayev, Sumqayıtın gənc fəalı Həsən Xıdırov, əməkdar idman ustası Rafael Məmmədov və digərləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanacağı indidən heç kimdə şübhə doğurmur.

Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Mehriban Vəliyeva Vətən müharibəsi zamanı şəhidi Nurlan Nuruzadənin ailəsini ziyarət edib.

Son xəbərlər

Çoxşaxəli Azərbaycan-İtaliya əməkdaşlığı

Erməni revanşizminin təxribatları məhv olmağa məhkumdur

Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin mövludu qeyd edilib

Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş velosiped yürüşü Krasnoyaskda

“Şuşa – İslam dünyasının mədəniyyətpaytaxtıdır” adlı tədbir keçirildi

Tatarıstan Respublikası Günündə Mustafa Mustafayev və Əziz Firdovsiliyə Fəxri Fərman və Təşəkkürnamə təqdim edilib

18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplanacaq

Böyük siyasətə qayıdış dövrü

Susana Məmmədova Tənzilə Rüstəmxanlını qlələbə münasibətilə təbrik edib

İctimai Birlik sədri: “Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun baş tutdu”

Xalqın məsuliyyəti

Qüdrət Həsənquliyev səs verib

Ədəbi dilin saflığının qorunmasında jurnalistlərin məsuliyyəti nədən ibarətdir?

“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib

Azər Mustafayev: "Seçki prosesini diqqətlə izləyirik"

"Yaradıcı oxucularmız” layihəsi davam edir

Gülnarə Rəhimova: "Azərbaycan qadınların seçki hüququnun təmin edilməsi ilə də daim diqqət mərkəzində olub"

“Qarabağda ilk dəfə musiqi ifa etmək, notların torpağın ruhu ilə harmoniya yaratdığı bir an idi”

Vətənə, millətə, dövlətə şərəfli xidmət nümunəsi:HİDAYƏT ORUCOV – 80

"Xəzərin çirklənmədən qorunması" haqda kitab dərc edilib

Yeni gənclik

Sabirabadı qarış-qarış gəzən deputatlığa namizəd-Fotolar

Deputatlığa namizəd: "Sağlam seçki mübarizəsi aparmağın tərəfdarıyam

Laçınlılar öz evlərinə dönürlər

Ümummilli etimadın uğurla gerçəkləşməsi

Sumqayıtlıların seçimi bəllidir

Salyanda Koorrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə həsr olunmuş tədbir keçirildi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyi qeyd olundu

Şəhid Ailələri Quba Şahdağ Truskavets Sanatoriya Mərkəzində müalicə alır -FOTOLAR

“Laçın Şəhəri Günü”

Bütün xəbərlər