BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Birləşmiş Millətlər Təşkilatının de-fakto gücü və Azərbaycanın gözlənilməz vasitəçi rolu

İyun ayının 13-ündən sonra kəskinləşən İran–İsrail münaqişəsi təkcə Yaxın Şərqi deyil, beynəlxalq sistemin mərkəzi institutlarını da bir daha ciddi şəkildə sual altına qoydu. Bu böhran, Birləşmiş Millətlər Təşkilatının (BMT) artan təsirsizliyini və regional aktorların yeni rollar qazana biləcəyi bir geosiyasi şəraiti ortaya çıxardı.

BMT-nin Rolu: Sakit Diplomatiya, yoxsa Səmərəsiz Rəsmiyyət?

BMT Baş katibi Antonio Quterreş münaqişənin ilk günlərində tərəfləri “maksimum təmkinə” çağırdı. Ardınca toplanan Təhlükəsizlik Şurasının fövqəladə iclası isə daimi üzvlər arasında dərin fikir ayrılıqları səbəbindən heç bir məcburi qərarla nəticələnmədi. Rusiya və Çin İsrailin hərəkətlərini tənqid etsələr də, ABŞ-ın mümkün vetosu hər hansı sənədin qəbul edilməsinin qarşısını aldı. Beləliklə, Şura yalnız qınaq bəyanatları ilə kifayətləndi.

BMT-yə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE), İranın hədəf alınmış nüvə obyektlərindəki riskləri qiymətləndirmək təşəbbüsü ilə çıxış etsə də, bu texniki xarakterli təklif siyasi təsirdən məhrum şəkildə qarşılandı. Humanitar yardım səylərinə UNHCR və OCHA kimi strukturlar cəlb olunsa da, ərazidə internetin kəsilməsi və İranın qapalı informasiya sistemi bu qurumların effektiv müdaxiləsinə imkan vermədi.
Bütün bu vəziyyət BMT-nin yalnız “de-yure” (formal-hüquqi) mövcudluğunu davam etdirən, lakin “de-fakto” (real-praktiki) təsirsiz qalan bir qurum olduğunu ortaya çıxardı. Beynəlxalq hüququn əsas prinsipləri – dövlət suverenliyi, mülki əhalinin qorunması, gücdən istifadənin məhdudlaşdırılması – sistemli şəkildə pozulur, BMT isə bu pozuntular qarşısında ya qərarsız qalır, ya da qəbul etdiyi qərarları tətbiq edə bilmir.

Yeni Aktor: Azərbaycan

BMT-nin zəifliyi, bölgədə yeni və qeyri-ənənəvi aktorların yüksəlməsi üçün fürsət pəncərəsi yaradıb. Bu kontekstdə Azərbaycan potensial vasitəçi kimi diqqət çəkir.

Birincisi, Azərbaycanın İsraillə sıx və uzunmüddətli strateji tərəfdaşlığı var. Enerji və müdafiə sahələrində qurulmuş əməkdaşlıq Bakıya Təl-Əviv qarşısında yüksək etimad qazandırmışdır.

Azərbaycan ilə İsrail arasındakı bu yaxınlıq Azərbaycanı İranın gözündə etimad əskikliyinə gətirib çıxarsa da, bu əməkdaşlıq Azərbaycanı İranın nəzdində mütləq mənada qərəzli tərəf etmir. Əksinə, Azərbaycanın İranın strateji müttəfiqləri - Çin və Rusiya ilə qurduğu balanslı münasibətlər, onu Tehran üçün nəzərə alınmalı diplomatik tərəfdaşa çevirir. Rusiya ilə 2-ci Qarabağ Müharibəsi sonrası koordinasiya və Çinlə infrastruktur layihələri Azərbaycana “birqütblü” imicdən çıxmağa kömək edir.

Bununla yanaşı, İsrailə qarşı tənqidi mövqeyi ilə tanınan Türkiyə ilə “bir millət, iki dövlət” münasibəti də Azərbaycanın müstəqil və tərəfsiz mövqe nümayiş etdirməsi baxımından əhəmiyyətlidir. Bu müxtəlif əlaqələr şəbəkəsi İranın Azərbaycanı yalnız Qərb yönümlü bir aktor kimi görməsinin qarşısını alır.

Qohum Dövlət Dilemması və İranın Narahatlığı

Azərbaycanın İsrailə “İranda Azərbaycan türklərinin yaşadığı bölgələri bombalamayın” mesajı, Tehranda yalnız humanitar çağırış kimi deyil, suverenliyə müdaxilə kimi də şərh olundu. Bu reaksiya, İranın Azərbaycanla bağlı tarixi narahatlıqları fonunda formalaşır.

Beynəlxalq münasibətlərdə "kin-state" (qohum dövlət) anlayışı bu vəziyyəti izah etməkdə köməkçi ola bilər. Azərbaycan, İranda yaşayan soydaşlarına mədəni və etnik mənsubiyyət əsasında mənəvi bağlılıq hiss edir. Bu münasibət, Macarıstanın Rumıniyadakı macar azlığına, Pakistanın Hindistandakı müsəlmanlara və ya Çinin Tayvandakı çinlilərə münasibətindən fərqli deyil.
Bu yanaşma isə birbaşa müdaxilə deyil, diqqətli müşahidə və regional sabitliyə töhfə məqsədi daşıyır. Azərbaycan, münaqişənin etnik xətt üzrə alovlanmasının qarşısını almağa və savaşın lokal xarakterli qalmasına çalışır. Bu isə əslində qərəzsiz diplomatik refleksin nümunəsi kimi oxunmalıdır.

Nəticə: Vasitəçilik Gerçəkçidirmi?

Azərbaycan klassik mənada tam neytral aktor deyil. Lakin balanslı və çoxşaxəli xarici siyasəti onu həm İsrail, həm də İran üçün qəbul edilə bilən vasitəçiyə çevirə bilər. BMT-nin təsirsizliyi fonunda, Bakı texniki müzakirələr, gizli diplomatik kanallar və ilkin razılaşmalar üçün əlverişli platforma təqdim edə bilər.
Bununla belə, Azərbaycanın bu rolu uğurla yerinə yetirə bilməsi üçün həssas balans siyasəti yürütməsi zəruridir. İran ictimaiyyətindəki etimadsızlıq, İsraillə yaxınlıq və etnik məsələlərin incə idarəsi diqqətlə tənzimlənməlidir. Əks halda, vasitəçilik niyyəti Azərbaycanın regiondakı nüfuzuna zərbə vura bilər.
Nəticə etibarilə, bu gün ənənəvi böyük güclərin vasitəçilikdə uğursuz olduqları bir dönəmdə orta güclərin – xüsusilə də Azərbaycan kimi strateji mövqedə olanların – yeni rol qazanmaq şansı yaranır. Azərbaycan üçün bu, sadəcə siyasi prestij deyil, həm də regional sülhün qurulmasında qabaqcıl bir modelin yaradılması anlamına gəlir.

YAP Nərimanov rayon təşkilatının məsləhətçisi

Sərtac ATLAS

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər