BAKU Azərbaycan
22.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik”
 Bu gün Azərbaycan dövləti dayanıqlı iqtisadi inkişafa malikdir. Prezident İlham Əliyevin düşünülmüş siyasətinin əsasında sabitliyin qorunması dayanır. Dövlətimiz bunun sayayəsində uğurlu inkişaf edib. Eyni zamanda, xalq tərəfindən dövlət başçısının siyasətinə dəstək verilir. Bu, o deməkdir ki, dövlət və xalq birliyi özünü göstərir. 
Hazırda hərbi sənaye kompleksinin xüsusi olaraq inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması və sərhədlərin qorunması məsələsi də çox önəmlidir. Dövlətin büdcə xərcləri bu istiqamətlərdə də artırılıb. Çünki dövlətimizin təhlükəsizliyinin təmin olunması ən birinci şərtdir. Bu gün Azərbaycan təhlükəsiz, sabit bir ölkə olaraq tanınır. Ona görə də Azərbaycanda təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında bildirdiyi kimi, gələn ilin əsas xərcləri artıq müəyyən edilib: “İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq”. Artıq ərazi bütövlüyümüz tam bərpa olunub. Qarabağ ərazisində sərhədlərimiz qorunur. Yeni hərbi hissələr, postlar yaradılır və bunda da məqsəd odur ki, Azərbaycan dövləti Ermənistanla öz sərhədlərini möhkəmləndirsin və düşmənlərdən bizim sərhədilərimiz təhlükəsiz formada qorunsun. 
 Azərbaycan dövlətinin bütün xərcləri öz malliyəsi hesabına həyata keçirilir. Azərbaycanın büdcəsi öz iqtisadi gəlirlər əsasında qurulur və ildən-ilə artırılır. Dövlətimizin başçısı müşavirədə Azərbaycan iqtisadiyyatının inkişaf tempilərinə və  iqtisadiyyatın şaxələndirilməsi üçün qarşıda duran məsələlərə toxunub, büdcə xərcləri haqda danışaraq gələcək fəaliyyət planlarını qeyd edib: “İqtisadi inkişaf templəri. İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, - nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, - gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”. Bununla da Azərbaycan dövləti öz iqtisadi dayanıqlığını qoruyur və inkişaf edir. Bütün dövlətin ayaqda qalması üçün lazım olan xərcləri təmin edilir. Büdcənin artması və Azərbaycanın gələcək iqtisadi inkişafı əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönləndirilir. Cənab Prezident deyib ki, büdcə dövlətimizin imkanlarını əks etdirir: “Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək”. Xüsusən Qarabağ və Şəqri Zəngəzurun bərpası üçün xərclər bu gün çox önəmlidir. Azərbaycanın geniş maliyyə imkanları əldə etməsi qeyd olunan sahələrə diqqətin artırılmasını zərurətə çevirib. Artıq bundan sonra yeni mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması vacib amildir. Dövlətimiz heç bir ölkədən maliyyə almadan öz gücü ilə burada abadlıq-quruculuq işləri aparır. Artıq bu ərazilərdə yeni həyat başlayıb. Və müsbət haldır ki, bunlar hamısı müasir standartlar uyğun olaraq həyata keçirilir.
Bildiyimiz kimi, Azərbaycanın özünün itisadi inkişaf modeli var. Dünyada bu, nümunəvi bir model qəbul edilir. Bunun ən özəl cəhəti odur ki, Azərbaycan dövləti öz resursları hesabına iqtisadi inkişafa nail olub və ildən-ilə daha da gücləndirir. Bu baxımdan Azərbaycan iqtisadi olaraq heç bir dövlətdən asılı deyil. Nə siyasi, nə də iqtisadi olaraq Azərbaycanın asıllığı yoxdur. Prezident qeyd edib ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”. Məhz Azərbaycanın bu iqtisadi müstəqilliyinin olması beynəlxalq aləmində də yeni bir tərəfdaşların qazanmasına imkan yaradır. Çünki beynəlxalq müstəvidə hər hansı bir ölkənin iqtisadi müstəqilliyinin olması xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanın ildən-ilə tərəfdaşlarının sayı çoxalır. Azərbaycan yeni-yeni qlobal layihələrdə iştirak edir. Çox müsbət haldır ki bir çox beynəlxalq layihələrdə Azərbaycan aparıcı rola malikdir. Bütün bunlar dövlətimizin iqtisadi və siyasi gücünün bariz nümunəsidir.

Nurullayeva Zenfira İslam qızı 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər