BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Martın 9-da “Bakı Tekstil Fabriki” MMC-nin ofisində Azərbaycanda qadın sahibkarlığının inkişafı, biznes mühitində qadınların rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda görüş keçirilib.

Mustaqil.az xəbər verir ki, görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova, Ümumdünya Biznes Alyansının prezidenti Anastasiya Şikareva, həkim-psixiatr, alim, tibb elmləri namizədi Ester Vavilonskaya, eləcə də Xəzər Biznes Təşəbbüsü təşkilatının vitse-prezidenti, Ümumdünya Biznes Alyansının prezidentinin müşaviri Ramil Səlifov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə iştirak ediblər.

Görüş çərçivəsində qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlər, bu sahədə mövcud imkanlar və gələcək perspektivlər geniş müzakirə olunub. Qeyd edilib ki, qadınların biznes fəaliyyətinə daha fəal cəlb olunması, onların iqtisadi müstəqilliyinin artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Tərəflər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, yeni biznes təşəbbüslərinin təşviqinin və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən biznes qurumları ilə əlaqələrin möhkəmləndirilməsi yeni layihələrin həyata keçirilməsinə və sahibkarlar üçün əlavə imkanların yaradılmasına şərait yarada bilər.

Görüş zamanı həmçinin qadın sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramlarının təşkili, mentorluq layihələrinin həyata keçirilməsi və beynəlxalq biznes platformalarında onların iştirakının təmin olunması məsələlərinə də toxunulub.

Tədbirin sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində biznes təşəbbüslərinin dəstəklənməsi, təcrübə mübadiləsi, beynəlxalq layihələrin həyata keçirilməsi və qadın sahibkarların fəaliyyətinin təşviqi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Görüşdən sonra qonaqlar “Bakı Tekstil Fabriki” MMC-də istehsal sahələrini gəzərək müəssisənin fəaliyyəti, istehsal prosesi və iş rejimi ilə yaxından tanış olublar. “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva onlara qurumun fəaliyyəti, istehsal gücü və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Sonda tərəflər gələcəkdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi, müxtəlif forum və tədbirlərin təşkili istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüş qarşılıqlı fikir mübadiləsi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

   

 

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər