BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Daşkənd şəhərində yerləşən tarixi “Turan” Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri və azərbaycanlı mərhum şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” poemasının təqdimat mərasimi keçirilib.Tədbir Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi və bu qurumun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkəmizin və Türkiyənin bu ölkədəki səfirliklərinin diplomatları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, müxtəlif universitetlərin professor-müəllim heyəti, tələbələr və jurnalistlər iştirak edib.

İştirakçılar əvvəlcə Xocalı faciəsi, eləcə də Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub.

Səfir Hüseyn Quliyev çıxışında 32 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı, Ermənistanın etnik təmizləmə siyasəti barədə məlumat verib və bu cinayəti törədənlərin hələ də cəzasız qaldığını bildirib.

Alim və tərcüməçi Babaxan Şərif çıxışında Xocalı soyqırımını Türk dünyasının ən böyük faciələrindən biri kimi dəyərləndirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov insanlığa qara ləkə olan Xocalı faciəsi haqqında danışarkən onun Xatın, Holokost, Ruanda, Srebrenitsa kimi soyqırımlardan fərqlənmədiyini bildirib. O, mərhum Azərbaycan şairi Oqtay İsmayıllının Xocalı faciəsinə həsr olunmuş “Mələklərin soyqırımı” poemasının Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunduğunu və poemanın “Ulu mədəniyyət beşiyi̇ - Azərbaycan” Xocalıya aparan yol”, “Azərbaycanlı ananın tərbiyəsi̇”, “Erməni̇ ananın tərbiyəsi̇”, “Qiyamətin başlanğıcı”, “Quzğun yığnağı”, “Cənnətdə görüşəri̇k”, “Məhşər”, “Xocalı alov i̇çi̇ndə”, “Babəki̇n ikinci̇ edamı”, “Zənci̇rlənmi̇ş uşaq”, “Xocalı səmasında ruhların söhbəti̇” və digər bölmələrində soyqırımın dəhşətli səhnələrinin təsvir olunduğunu bildirib. 

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri, habelə Bakı Slavyan Universitetinin Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində təcrübə keçən tələbələrinin ifasında Xocalı faciəsi ilə bağlı bədii kompozisiyalar təqdim edilib.
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub


 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər