BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Polşaya səfəri başlayıb.

“Diaspornews.az” xəbər verir ki, Komitə sədri Varşavada fəaliyyət göstərən Azərbaycan Evində olub.

Azərbaycan icmasının nümayəndələri ilə söhbət zamanı xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib, onların həmrəyliyinin təmin olunması məqsədilə Azərbaycan evlərinin sayının artırılmasının önəmi, mövcud evlərin fəaliyyəti, Komitənin həyata keçirdiyi layihələr, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib.

Səfər çərçivəsində Komitə sədri Polşa Respublikası xarici işlər nazirinin müavini Henrika Moscicka-Dedis ilə görüşüb.

Nazir müavini Polşa ilə Azərbaycan arasında çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərinin zamanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyasının yüksək səviyyədə olduğunu bildirib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

Komitə sədri Polşa Respublikası Senatının Emiqrasiya və Xaricdə Yaşayan Polyaklarla Əlaqələr Komitəsinin sədri Boqdan Boruseviç ilə də görüşüb.

Boqdan Boruseviç Azərbaycanla Polşa arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib və Komitənin fəaliyyəti barədə danışıb.

Dövlət Komitəsinin sədri Komitənin fəaliyyəti, Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, bu ölkənin iqtisadiyyatına verdiyi töhfə, diaspor təşkilatlarının səmərəli fəaliyyəti üçün yaradılmış imkanlar, paytaxt Varşavada fəaliyyət  göstərən Azərbaycan Evi, eləcə də yaxın günlərdə Krakov şəhərində açılacaq ikinci Azərbaycan Evi barədə ətraflı məlumat verib.

Bu evlərdə çoxsaylı mədəni tədbirlərin keçirildiyi, dil kurslarının fəaliyyət göstərdiyi bildirilib. Azərbaycanda polyak icması üçün yaradılmış şəraitə toxunan Komitə sədri polyakların Azərbaycan cəmiyyətinə tam inteqrasiya etdiyini, Azərbaycanın regionda və dünyada sülh və əmin-amanlığı dəstəkləyən tolerant dövlət olduğunu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif etdiyini vurğulayıb.

 

 





 

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər