BAKU Azərbaycan
26.45 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiya Federasiyasının Murmansk şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib.

Bu barədə AZƏRTAC-a “Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayəti ictimai təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayəti üzrə bölməsinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Əlihüseyn Şükürov məlumat verib. O bildirib ki, tədbirdə Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayəti ictimai təşkilatının və RAGB-nin Murmansk vilayəti üzrə bölməsinin, milli diasporların, şəhər ictimaiyyətinin və KİV-lərin təmsilçiləri, Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan xalqının Ümummilli Liderinin portreti önünə güllər qoyulub.

“Azərbaycan” Mədəniyyət Mərkəzi”nin sədri Afil Hüseynov Heydər Əliyevin Azərbaycan və Rusiyanın tarixində rolundan söhbət açıb.

İctimai təşkilatın sədri vurğulayıb ki, Heydər Əliyev öz ölkəsinin inkişafı və insanların rifahı üçün əlindən gələni əsirgəməyən insanlardan biri olub. O deyib: “Dahi şəxsiyyət – Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində müstəsna yerə sahibdir. Heydər Əliyev azərbaycançılıq ideologiyasının parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dəyişməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının icrasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik haqqında arzularının həyata keçməsinə nail oldu. Azərbaycanın dünya miqyasında neft və qaz ixracatçısı ölkəsinə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin imzalanması, müasir tələblərə cavab verən neft sənayesi infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə neftin şaxələndirilmiş nəqli Heydər Əliyevin xidmətləridir”.

Tədbirdə digər çıxış edənlər Ümummilli Liderin qısa zaman kəsiyində Azərbaycanı iqtisadi və mədəni yüksəliş yoluna qədəm qoyan, xarici investisiyalara açıq olan və iri beynəlxalq layihələrə qatılan ölkəyə çevirə bilməsini vurğulayıblar. Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitablar, albomlar, fotolar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.

Tədbir təntənəli konsertlə başa çatıb.

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər