BAKU Azərbaycan
26.31 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2023-cü il oktyabrın 18-də qəhrəman şəhər Volqoqradda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının general-mayoru, Stalinqradın müdafiəçisi, Stalinqrad döyüşünün iştirakçısı Həzi Aslanovun yenilənmiş xatirə lövhəsinin açılış mərasimi keçirilib. Bu əlamətdar hadisə Stalinqradda faşist qoşunlarının Qırmızı Ordu tərəfindən məğlub edilməsinin səksəninci ilində baş verib.

Həzi Aslanovun xatirə lövhəsi ilkin olaraq  1966-cı il fevralın 2-də Stalinqrad döyüşündə qələbənin 23-cü ildönümü günündə 91 saylı orta məktəb binasının divarında quraşdırılıb və açılıb.

Zaman keçdikcə xarici mühitin təsiri altında lövhənin görkəmi dəyişmişdir, hərflərin oxunması çətinləşmişdir və buna görə də Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov yeniləmək üçün təşəbbüs göstərmişdir. Onun təşəbbüsünü Volqoqrad şəhəri 91 saylı məktəbin direktoru Qorşkoa Tatyana Viktorovna və Volqoqrad Azərbaycan icmasının fəalı Rafik İsmayılov dəstəkləyib. Əvvəlcə köhnə lövhədə olan mətn qorunub saxlanılıb və onlar lövhədə mətnin üstündə Həzi Aslanovu portretini də əlavə ediblər.

Açılış mərasimində şəhər və vilayət administrasiyasının nümayəndələri, Moskva, Moskva vilayəti və Volqoqradın deputatları, Rusiya Əmək Qəhrəmanı ROO-nun mərkəzi və regional bölmələrinin nümayəndələri, Azərbaycan ismasının fəalları iştirak ediblər.

Yenilənmiş lövhənin açılışı Böyük Vətən Müharibəsi veteranı, Stalinqrad və Kursk döyüşlərinin iştirakçısı, Lenin ordeni, Suvorov Qırmızı Bayraq ordenli və Boqdan Xmelnitski diviziyasının 95-ci Qvardiya Atıcı Poltava Veteranlar Şurasının sədri, Volqoqrad vilayətinin Oktyabrski rayonunun, Novodanilovka kəndinin, Orekhov, Praqa, Rokikany, Dobruv və Qərbi Çexiyanın əfsanəvi şəhərlərinin fəxri vətəndaşı Mariya Mixaylovna Roxlina və Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri, Böyük Vətən Müharibəsi iştirakçılarının nəvəsi, xatirə lövhəsinin yenilənməsinin təşəbbüskarı və dəstəkçisi Əli Kazımova həvalə edilib.

Xatirə lövhəsini əhatə edən kətanın açılışından sonra Mariya Mixaylovna onu Moskvaya aparıb Poklonnaya təpəsindəki Qələbə Muzeyinə verməyi təklif edib.

Açılış mərasimindən sonra qonaqlar məktəbin akt zalına toplaşıblar. Mariya Mixaylovna qonaqları salamlayaraq uşaqlara öz tövsiyələrini verdi,.

Əmək veteranı, Moskva Müharibə Veteranları Komitəsinin İnformasiya Komissiyasının üzvü, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədr müavini, Böyük Vətən Müharibəsi iştirakçısının nəvəsi Silina İrina Cəfərovna Müharibə Veteranları Komitəsinin və şəhərin milli-mədəni muxtariyyətinin hədiyyələrini 91 saylı məktəbin direktoruna təqdim edib.

Sonra məktəb şagirdləri Həzi Aslanovun döyüş yolundan, qəhrəmanların adını daşıyan Volqoqrad küçələrindən bəhs edən musiqili-ədəbi kompozisiya nümayiş etdiriblər. Görüşün sonunda Volqoqradın 91 saylı məktəbi ilə Moskvanın 1566 saylı məktəbi arasında “Stalinqrad döyüşü qəhrəmanlarının xatirəsinə” əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbir ən yüksək vətənpərvərlik səviyyəsində keçirilib.

image-a9a306d0-ceba-4874-a740-eee8cc7f0d6d-1image-hezi-aslanivvvv

image-bdfae74a-e79a-4f85-8e0d-6702b1d187baimage-37b0cd04-0c4a-4ee3-a3c6-6c7539c94bcf

image-935ee35f-c467-455e-b9e6-92b3b24cc712

image-67776971-78c4-4858-92fc-9a22656b163f

image-37d86639-313e-4c6c-b359-4360ca89b526

image-4e2a1eeb-e4e2-4752-b92e-813f33778e70

image-eellee

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər