BAKU Azərbaycan
3.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasında (Prezident Akademiyası) (RXTveDXA) “Görkəmli alim, müəllim, hüquqşünas Cahangir Kərimov” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

“Biz Rusiyanı sevirik” beynəlxalq hərəkatının, Prezident Akademiyasının və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə keçirilən gecə C.Kərimovun həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə davam edib.

Tədbirdə C.Kərimovun həmkarları və tələbələri, hüquqşünas alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Akademiyanın prorektoru, Biznes və İşgüzar İdarəetmə İnstitutunun direktoru Sergey Myasoyedov, Akademiyanın Dövlət Xidməti və İdarəetmə İnstitutunun direktoru Ruslan Korçaqin, siyasi xadim, Dövlət Dumasının əməkdaşı Ramin Qasımov, Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov, “Biz Rusiyanı sevirik” Beynəlxalq Hərəkatı Şurasının sədri Viktor Xmarin və başqaları təqdimatlarla çıxış ediblər.

“Xəzər Biznes Təşəbbüsü” təşkilatının prezidenti Gülnarə Rəhimova-Deniz çıxışında xatirə gecəsində iştirak edə bilməyən Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti professor İlham Rəhimovun professor salamlarını çatdırıb: “Bizim həmişə yaxşı münasibətlərimiz olub. Heydər Əliyev haqqında çox danışılıb. Mən də Heydər Əliyevin ideyaları ilə böyümüşəm. Heydər Əliyev həmişə Rusiya ilə dostluq etməyə çalışırdı. Bizim ümumiyyətlə psixologiyamız oxşardır. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”.

Digər çıxış edənlər vurğulayıblar ki, C.Kərimovun dərslikləri və elmi əsərləri əsasında siyasətçi və hüquqşünas nəsilləri yetişib. hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsi üzrə mütəxəssis olan C.Kərimovun fundamental elmi əsərləri öz dərinliyi, rəngarəngliyi və həcmi ilə insanı heyrətləndirir. O, hüququn ümumi nəzəriyyəsi, qanunvericilik texnologiyası, hüquq psixologiyası, hüquqi kibernetika və hüquq pozuntularının hərtərəfli sosial profilaktikasına həsr olunmuş 800-dən çox elmi əsərin və 40 monoqrafiyanın müəllifidir.

General-polkovnik, Prezident Akademiyasının rektorunun müşaviri Viktor Zorin alimlə bağlı xatirələrini bölüşüb və bir neçə görkəmli azərbaycanlını, o cümlədən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi şəxsən tanıdığını bildirib.

Tədbirin nəticəsi olaraq Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimovun təşəbbüsü ilə Cahangir Kərimovun yaşadığı evdə xatirə lövhəsinin quraşdırılması üçün Sankt-Peterburq meriyasına müraciət etmək qərara alınıb.

Alimin oğlu, hüquq elmləri doktoru, RXTveDXA və Moskva Dövlət Universitetinin professoru Aleksandr Kərimov atasının xatirəsinə göstərdikləri diqqətə görə tədbir iştirakçılarına və Akademiyaya minnətdarlığını bildirib.

Cahangir Kərimov 1923-cü il iyulun 18-də Bakı şəhərində anadan olub, hüquq elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının akademikidir. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, SSRİ-nin və xarici ölkələrin orden və medalları ilə, habelə ictimai mükafatlarla təltif edilib.

Onu da qeyd edək ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov 2015-ci ildə, 92 yaşında vəfat edib.

 

 

Son xəbərlər

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Polşa Azərbaycanlıları Şurası və “Citi Bank”ın dəstəyilə Varşava Azərbaycan Evində təlim keçirilib

Ömrünü səhiyyəyə həsr etmiş FAZİL İSMAYILOV

Bu dəfə də tamaşa alqışlarla qarşılandı…

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistan Dövlət Akademik Böyük Teatrında konsert keçiriləcək

QHT Koalisiyasının Sosial Tədqiqatlar Mərkəzi ilə görüşü keçirilib –FOTOLAR

Azərbaycanla Somali strateji əməkdaşlığı gücləndirir

"Ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb"- Mehriban Vəliyeva

Azərbaycan və Çin strateji tərəfdaşdır

QHT sədri xarici mənşəli, lakin Azərbaycana xidmət edən şəxslərin cəmiyyətdə rolundan danışdı - FOTO

​Kitabxanaya yeni şeirlər təqdim edildi

Humanizm prinsiplərinə hörmət

İstanbulda Mavi Vatan Kəşfiyyat Məktəbində Xəzər Dənizi mövzusunda seminar keçirilib

"Velikoros şovinizmi" yeni ampulada

POLAD BÜLBÜLOĞLUNUN 80 İLLİK YUBİLEYİNƏ MƏQALƏ TƏQDİM EDİLİB

Aberdində “Gənclər Günü” Azərbaycan ruhu ilə qeyd olunub-FOTOLAR

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Varşava Azərbaycan Evində Təsirli Nitq Bacarıqları seminarı uğurla tamamlanıb

Regionlarda insan alverinə qarşı mübarizə aktivləşəcək

Binəqədidə 2 Fevral- Gənclər Gününə həsr olunmuş tədbirlər keçirilib

“Gənclik Müasir Liderininətrafında sıx birləşərək əminliklə gələcəyə addımlayır” -Mehriban Vəliyeva

Deputat Sumqayıtda vətəndaş qəbulu keçirdi

Polşadakı türk dünyası gəncləri üçün səmərəli imkanların yaradılması yolları müzakirə edilib

Tanınmış bakılı jurnalistin kitabının təqdimatı olub

“Nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq”

"Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq" - Deputat

İnsan alverinə qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanır

"Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir"

“Yaşıl Azərbaycan: Ekologiya Şuuru və Dayanıqlılıq” layihəsi

Azərbaycan və Gürcüstanın regional sabitliyə xidmət edən münasibətləri

Bütün xəbərlər