BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Daşkənd şəhərində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli ensiklopedik nəşr layihəsinin təqdimatı və azərbaycanlı sənət adamlarının iştirakı ilə böyük konsert tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfindən sözügedən universitetdə yaradılmış Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzini ziyarət ediblər. Tədbir iştirakçıları daha sonra konsert zalının foyesində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş Ümummilli Lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın parlaq Zəfərinə, mədəniyyətinə, ədəbiyyatına həsr edilmiş foto və kitab sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru Elmar Şermanov iki qardaş ölkə arasında mədəni əlaqələrin tarixdə ən yüksək səviyyədə olduğunu vurğulayaraq bu işdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolu olduğunu qeyd edib. Yaxın günlərdə Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda iştirakından söz açan rektor, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın Türk dünyasının mədəniyyətindəki mühüm rolundan söz açıb. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ərsə gətirilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də söz açan rektor bu nəşri yüksək qiymətləndirərək sözügedən ensiklopediya sayəsində Azərbaycanın mədəniyyət incisi olan Şuşa haqqında beş dildə müfəssəl məlumatlar almağın əlçatan olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mövcud mədəni əlaqələrdən söz açaraq bu işdə ölkə başçılarının böyük zəhmət və iradə nümayiş etdirdiklərini qeyd edib. Samir Abbasov Şuşanın Türk dünyası mədəniyyətində bir körpü rolunu oynadığını qeyd edərək Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda Şuşa ilə bağlı həyata keçirilən layihələrlə bağlı məlumat verib. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də söz açan Samir Abbasov bu nəşrin Şuşa ilinə və Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir töhfə olduğunu qeyd edib.
Tədbirdə çıxış edən ədəbiyyatşünas alim, tərcüməçi Babaxan Şərif də Şuşanın bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq sözügedən nəşrin Şuşa haqqında ilkin informativ məlumat bazası baxımından çox dəyərli bir mənbə olduğunu və eyni zamanda nəşrin beş dildə olmasını yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycanın xalq şairi Vahid Əziz Özbəkistan Yazıçılar Birliyinin dəvətilə Özbəkistanda olmasından və poeziya sevərlərlə görüşündən çox böyük məmnunluq hissi keçirdiyini bildirib.
Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kəmalə Nəbiyevanın ifasında milli muğamlarımız, tanınmış azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında oyun havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının ifasında isə milli rəqslərimiz tamaşaçılara təqdim edilib.

image-7c68d577-da96-4aa8-9610-02e98119a9f8

image-bde3118b-c2a4-4c46-bd2e-08bb0bf3c51c

image-7c632144-325c-4459-aff4-b0331b69fa3f

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər