BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikanın siyasi müstəqilliyini daha da möhkəmləndirməyə və ən əsası ərazi bütövlüyünün bərpasına nail olub

 Bu gün Azərbaycan dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə etibarlı tərəfdaş olaraq qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdədir. Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət həyata keçirərək beynəlxaq əmədaşlığı inkişaf etdirmək istiqamətində böyük səy göstərir. Dövlət başçısı dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirməyə və ən əsası ərazi bütövlüyünün bərpasına nail olub. Ölkəmizin etibarlı strateji tərəfdaş imici formalaşıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi, siyasi plüralizm, demokratik prinsiplərin dərinləşdirilməsi istiqamətində görülən işlər dünyanın nüfuzlu beynəlxalq qurumları və inkişaf etmiş dövlətləri tərəfindən təqdir edilməkdədir. Demokratikləşmə yönümündə ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və bu sahədə atılan ardıcıl addımlar vaxtaşırı müsbət qiymətləndirilir. Ölkə rəhbərliyinin apardığı balanslaşdırılmış xarici siyasət kursu nəticəsində hazırda Azərbaycanın haqq səsi BMT, ATƏT, NATO, Avropa Birliyi, Avropa Şurası, İKT kimi nüfuzlu təşkilatların ali tribunalarından eşidilməkdədir. Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. Uğurla aparılan xarici siyasət hesabına Azərbaycanın dünyanın siyasi arenasında nüfuzu güclənmiş, milli təhlükəsizliyimiz daha da möhkəmlənmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici qüvvəsinə çevrilib.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bununla cənab Prezident düz 20 il əvvəl xalqa verdiyi söz tam yerinə yetirdi. Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində bu məqamı yada salmışdır: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Cənab Prezidentin fəaliyyətindən diqqət çəkən əsas cəhət xalqa güvənməsi və xalqla bir yerdə olmasıdır. Bu, özü bir liderə xas olan xüsusiyyətdir ki, sevincli günləri xalqı ilə bölüşür. Dəfələrlə şahidi olmuşuq ki, ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. Sonuncu ad günündə isə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bu, Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və xalqa olan etimadının real təcəssümdür. Məhz dövlətimizin başçısının ötən il ad günündə verdiyi göstəriş və tapşırıqlara uyğun olaraq Qərbi Azərbaycana qayıdış prosesi istiqamətində çoxşaxəli fəaliyyət göstərilir. Artıq bu fəaliyyət istiqaməti də Azərbaycanın xarici siyasətinin prioritetinə çevrilib. Bundan sonra oradan deportasiya olunanların öz torpaqlarına qayıdış arzusunun gerçəkləşməsi günbə-gün yaxınlaşmaqdadır. Necə ki, Qarabağa qaydış baş tutdu, Qərbi Azərbaycana da qayıdışın olacağı şəksizdir...

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

Son xəbərlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Qlobal araşdırma: aviasiya texnologiyalarına investisiyaların effektivliyi məlumatların koordinasiyasından asılıdır

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi

Bütün xəbərlər