BAKU Azərbaycan
26.31 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Almaniya Federativ Respublikasında (AFR) səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Dortmund şəhərində Azərbaycan icması ilə görüşü keçirilib.DİDK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin və Türkiyənin Essen şəhərindəki Baş konsulluğunun nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvləri, Almaniyanın 31 şəhərində yaşayan Azərbaycan diasporunun fəalları, türk icmasının üzvləri və güneyli azərbaycanlılar iştirak ediblər.Görüşü açıq elan edən Komitə sədri əvvəlcə Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu tarixi hadisəyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman hərbçilərimizə minnətdarlığını bildirib.Komitə sədri indiyədək DİDK-nın həyata keçirdiyi çoxşaxəli fəaliyyət istiqamətləri, gerçəkləşdirilən sistematik layihələr, Koordinasiya Şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri barədə geniş hesabatla çıxış edib.O, azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb, bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb, diaspor təşkilatlarının yerli cəmiyyət arasında nüfuz qazanması, ictimai rəyə təsirinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində Almaniyanın siyasi dairələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması yollarını nəzərə çatdırıb, böyük diaspor ailəsinə minnətdarlığını ifadə edib.Tədbirdə çoxsaylı diaspor nümayəndələri çıxış edib, maraqlı fikir və təkliflər səsləndiriblər. Diaspor fəallarının əksəriyyəti Düsseldorf şəhərində Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılmasını arzuolunan hesab etdilər.Görüş maraqlı müzakirələrlə və sualların cavablandırılması ilə yekunlaşıb.

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər